Salam, xoş gəlmisiniz.

MSK-dan kameralarla bağlı daha bir AÇIQLAMA

2020-02-09 13:05:00

MSK-dan kameralarla bağlı daha bir AÇIQLAMA

“Seçicilərin fəallığı qənaətbəxş sayıla bilər”.

Hurriyyet.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov deyib. O bildirib ki, ölkədə olan hava şəraitindən xəbərdarıq: "Bu saata olan fəallıq budursa, demək ki seçicilərin fəallığı qənaətbəxşdir. Biz canlı seçkinin şahidiyik. 

"Qaynar Xətt"ə müxtəlif məlumat xaraketerli sorğular daxil olub. Məntəqələrin yerini soruşurlar. Bəzi namizədlər də seçki günü nə edib etməməklə bağlı suallar ünvanlayırlar. Bunlar şikayət xarakterli deyil".

R. Qasımov sosial şəbəkədə yayılan görüntülərdən də danışıb. O bildirib ki, veb kameralar vasitəsilə görüntüləri internet istifadəçilərinə təqdim edirlər:

" Səhər veb kameralar yeni fəaliyyətə başlayanda məlumat yaydılar ki, kameraların üstünü bağlayıblar. Yaxşı ki, bu məlumatlar bizimlə paylaşılır. Bu halda bildirmək istəyirəm ki, veb kameralar hamısı fəaliyyət göstərir. Üstü örtülən təhlükəsizlik kameraları ilə bağlıdır. Bunu nəzərə alaraq hər yerdə təhlükəsizlik kameralarının üstü örtülüb".

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93