MSK-nın “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradıldı

13 Yanvar, 2020, 12:22
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Mərkəzi Seçki Komissiyasının “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb.

Hurriyyet.org xəbər verir ki, bu gün MSK sədri Məzahir Pənahov və MSK üzvlərinin iştirakı ilə Seçki-2020 Müstəqil Media Mərkəzinin açılışı olub.

Yerli və beynəlxalq KİV-lərin asan və sərbəst məlumat əldə etmələri üçün “Seçki-2020” Müstəqil Media Mərkəzində yaradılan şəraitlə tanışa olan MSK sədri M. Pənahov seçki subyektlərinə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün tövsiyələrini verib.

MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək “Seçki-2020” Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün şərait yaradılıb: “Seçki-2020” Müstəqil Media Mərkəzinin www.seçki-2020.az İnternet səhifəsi artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Səhifədə seçki prosesinin gedişi ilə bağlı məlumatlar, səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir. Eləcə də seçkilərə dair foto və videogörüntülər təqdim olunur”./apa/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93