Salam, xoş gəlmisiniz.

MSK ATƏT/DTİHB-in müraciətini təmin etdi

2020-02-13 16:34:00

MSK ATƏT/DTİHB-in müraciətini təmin etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında ATƏT/DTİHB-nin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, məsələ barədə MSK-nın sədr müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, fevralın 11-də ATƏT/DTİHB fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya məktub daxil olub. Missiya rəhbəri müraciət edib ki, müşahidəçilərdən biri - Aygün Attarın akkreditasiyası ləğv edilsin.

Müzakirələrdən sonra MSK tərəfindən Aygün Attarın akkreditasiyası ləğv edilməsi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib.

Hazırda MSK-nın iclası davam edir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93