Salam, xoş gəlmisiniz.

MTRŞ-dən televiziyalara XƏBƏRDARLIQ - “Qıcıq yaradan verilişlər…”

2018-11-19 14:58:40

MTRŞ-dən televiziyalara XƏBƏRDARLIQ - “Qıcıq yaradan verilişlər…”

Milli Televiziya və Radio Şurası (MTRŞ) verilişlərin keyfiyyəti ilə bağlı televiziya kanallarına xəbərdarlıq edib.

Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, bu məsələ ilə bağlı televiziya kanallarının rəhbərləri ilə görüş keçirilib:

“Televiziya və radio kanallarında vəziyyətlə bağlı televiziya kanallarının rəhbərləri ilə ciddi görüşümüz oldu. Televiziya və radio kanallarındakı verilişlərin keyfiyyətinin çox aşağı olması ciddi şəkildə onların diqqətinə çatdırıldı. Onlara bu məsələ ilə bağlı tədbirlər görülməsi tövsiyə olundu. Bildirildi ki, ictimaiyyət bu verilişlərdən çox narazıdır, yəni qıcıq yaradan verilişlər, bəzi aparıcılar var ki, onlarla bağlı tədbirlər görülməsi tövsiyə olunur”.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru