Salam, xoş gəlmisiniz.

“Mübariz“ filminin tizeri mətbuat nümayəndələrinə təqdim ediləcək - VİDEO

2017-04-17 18:48:21

“Mübariz“ filminin tizeri mətbuat nümayəndələrinə təqdim ediləcək - VİDEO

Qeyd edək ki, ekran əsəri Türkiyənin “İst Film“ şirkəti tərəfindən ərsəyə gətiriləcək.

Kifayət qədər yüksək büdcəyə malik olan tizer İstanbulda “İst Film” çəkiliş qrupu tərfəfindən, professional kaskadyorlarla çəkilib.

Filmdə tanınmış məhşur aktyorların yer alması nəzərdə tutulub. Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycanın sevilən aktyorlarının filmdə yer alması gözlənilir. Ekşın səhnələri üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb.

Xatırladaq ki, film Azərbaycanda çəkiləcək. Ssenarinin artıq təməl hissəsi hazırdır. Ətraflı olaraq ssenari çalışmaları üçün isə yaxın günlərdə “İst Film” yaradıcı qrupu və ssenarist Bakıya gələcək. Qeyd edək ki, filmin ssenarisi Ali Doğançay (Türkiyə) və Rəşad Süleymanoğlu (Azərbaycan) tərəfindən yazılacaq.

Tezliklə hazırlıq işləri başa çatdıqdan sonra filmin çəkilişlərinə başlanılacaq.

Filmin 2018-ci ildə kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcəyi planlaşdırılır.

“Mübariz“ filminin tizeri ilə bağlı mətbuat konfransı sabah, 18 aprel saat 12:00-da “Flame Towers - Park Cinema“da “İst Film” mətbuat katibi Babək Həsənzadə, mətbuat katibinin müavini Maksim Hüseynov və Azərbaycan tərəfinden ssenarist Rəşad Süleymanoğlu Dadaşov tərəfindən keçiriləcək. Bütün media nümayəndələri dəvətlidir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93