Mübariz Mənsimov İŞİD-FETÖ-Eldar Mahmudov üçbucağında

3 İyun, 2020, 13:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Palmali” Holdinqin həbsdə olan prezidenti Mübariz Mənsimovla bağlı hər gün yeni detallar üzə çıxmaqdadır. Uzun illər özünü uğurlu biznesmen kimi təqdim etməyə çalışan Mənsimovun bu qədər boş adam durumuna düşməsinə nə səbəb oldu? Onda yaranan bu böyük boşluğu uzun illər kim doldurmuşdu? Palmali şefinin üzərində açılmış “qoruyucu mələyin” qanadları hara yoxa çıxdı? 

Əgər biz insan taleyi ilə bağlı “Səbəb” və “Nəticə” qanununa inansaq, o zaman M. Mənsimovun bu gün yaşadıqları nəticələrdir. Və onun səbəblərinə qısa ekskurs etsək, əminliklə söyləyə bilərik ki, gələcəkdə üz-üzə qalacağı nəticələr daha çox və ağır olacaq. İndikilər isə başlanğıc hesab oluna bilər.

Bəs səbəblər nədir? Okeanlardakı burulğanlardan sağ-salamat çıxmağı bacaran Mənsimovu bu dəfə niyə bir qaşıq suda boğulmaqdan xilas etmədilər? O, qoruyucu mələklər hara uçdular?

M. Mənsimovun biznesdə böyük irəliləyişinin Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri təyin olunmasından sonrakı dövrə təsadüf etdiyi danılmaz həqiqətdir. Amma bu təsadüf deyildi, iş adamının yaranmış situasiyadan fayda götürmək üçün düşünülmüş gedişlərinin nəticələri idi. Mahmudov qısa müddət ərzində Mənsimovu öz çetesinə daxil etmişdi. Kriminal qrupun ən üzüyola üzvlərindən olan M. Mənsimov öz liderinə layiq xidmət göstərrməyə çalışırdı. Bunu qarşılığını isə artıqlaması ilə alırdı.

Ölkədə onun üzünə bağlı heç bir qapı qalmamışdı. Ölkənin bütün KİV-i, telekanallar və radiolar Mübarizin PalSüd-ünü, PalDad-ı reklam edirdi. Qısa vaxt ərzində bu məhsul ölkənin süd məhsulları sektorunda bir nömrəli brendə çevirildi. Bütün marketlərin vitrinləri PalSüd, PalDad məhsulları ilə doldurulmuşdu. Və bunun nəticəsi olaraq bazarda böyük monopoliya yarandı. Mənsimovun cibinə isə milyonlar axmağa başladı.

Sonra M. Mənsimov öz rəhbərinə xidmətdə bulunmaq üçün, sevgi və hörmətinin sonsuz olduğunu nümayiş etdirmək məqsədi ilə Eldar Mahmudovun atası – Əhməd Mahmudovun adını gəmilərindən birinə verdi. Bunun üçün böyük şou təşkil edildi. Azərbaycan və Türkiyə mediası bu şounu manşet xəbəri olaraq təqdim etdilər. Atasının adını gəmidə görən E. Mahmudov timsah göz yaşları ilə şouda şampan partlatdı. Daha sıx “dostluq” isə bundan sonra başladı. Mübariz sürətlə şişirdildi, böyüdü və iqtisadi sektorda öz şərtlərini diktə etmək cəsarəti “tapdı”. Amma bu da ona azlıq etdi…

Kriminal yolla asan pul qazanmağın mümkün olduğunu görən M. Mənsimov daha da həvəsləndi. Sonrakı dönəmdə artıq Mahmudov kimi xırda kriminal ünsürlərlə deyil, beynəlxalq terror təşkilatları ilə də əməkdaşlığa meylləndi.

Azərbaycan və Türkiyə mediasında hələ illər öncə yayılan məlumatlarda Mənsimovun son illərin qanlı terror təşkilatı olan İŞİD-lə əməkdaşlığı üzə çıxmışdı. Həmin xəbərlər bu gün də bir çox internet resurslarında qalmaqdadır. Məlumatda qeyd edilirdi ki, ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyat idarəsinin açıqladığı xəbərə görə, İŞİD-in Suriya və İraqda ələ keçirdiyi mədənlərdə gündə 50 min barel neft istehsal edilir. Hesablamalara görə, İŞİD neft satışından gündə təxminən 1 milyon dollar qazanırmış. Və bu neftin satışa çıxarılmasında M. Mənsimovun böyük əməyinin və payının olduğu bildirilirdi.

Mahmudovun əlinin altında hərəkət edərək Azərbaycanda heç bir maneə ilə üzləşməyən Palmali liderinin terror təşkilatı ilə əlaqələri kimin vasitəsi ilə qurması haqda detallar güman ki, Türkiyədə hazırda aparılan istintaq zamanı üzə çıxacaq.

Azərbaycanda isə onun kitabı 17 oktyabr 2015-ci ildə bağlandı. Eldar Mahmudov vəzifəsini və bütün dayaqlarını itirən gün. Elə həmin gündən Mübarizin Azərbaycandan qaçışı başladı. Mahmudova görə onunla əməkdaşlıq etməyə məcbur olan bütün iş adamları, məmurlar onun ikiüzlü oyunlarında rol almaq istəmədilər. Təbii ki, belə bir durumda Mübariz ən asan yolu seçərək ölkədən qaçdı.

“Dayı” yoxdursa, iş də yoxdur. Əvvəlcə “Xəzər Lənkəran”ın qapısına qıfıl vuruldu. Klubun onlarla əməkdaşı və idmançılarına zəhməthaqları verilmədi. Həmin borclar bu günə qədər qalmaqdadır. Məşhur oyunçular belə M. Mənsimovun onlara borclu olduqlarını xəbər saytlarında, sosial şəbəkələrdə afişa etməyə məcbur oldular. Amma heç birinin haqqı tanınmadı. Əvəzində M.Mənsimovun yaxınları tərəfindən təhqirlərə məruz qaldılar.

Ardınca PalSüd və Paldad eyni aqibətlə üzləşdilər. “PalSüd”  zavodunun Lənkəranın Boladi, Şağlaser, Vilvan, Veravul, Separadi, Zövlə, Masallının Mahmudavar, Miyonki (M.Mənsimovun ata yurdudur), Xıl, Şərəfə kəndində yüzlərlə insana 2016-cı ildən bu günə qədər borclar qalıb. Bəyəm, bu müddət ərzində Mübarizin həmin borcları qaytarmaq imkanı yox idimi? Həmin zavodların əməkdaşları dəfələrlə öz haqlarını tələb etmək üçün kütləvi aksiyalar keçirdilər, öz əllərinin qabarlarının haqqını bu mafioz qırıntısından tələb etdilər. Nəticə isə sıfır oldu… Onların haqqı yeyildi. İlahi ədalət isə həmin haqqı bu gün “xeyriyyə kralına” qusdurmaqdadır.

M. Mənsimov təkcə ikitərəfli deyil, çoxtərəfli oynayırdı. Hansı addımın ona pul gətirəcəyini, dollar iyini gözəl duyurdu. Ona görə də əyilərək keçdiyi qapılardan biri FETÖ də oldu. Onların da əlini öpdü və yollarını təmizlədi. Bu haqda son vaxtlar mediada çox yazıldığından detallara getməyə ehtiyac yoxdur. Sadəcə onu xüsusi qeyd edək ki, Palmali prezidentinin hazırda ittiham olunduğu maddələrdən biri də məhz FETÖ ilə əməkdaşlıqdır.

Bu gün Mübarizin özü həbsxanada, dostu Eldar Mahmudov qeyri-müəyyən durumdadır. Vaxtilə Palmalinin ən pestijli gəmisi olan “Əhməd Mahmudovu”un isə taleyindən heç bir xəbər yoxdur. MTN şefi taxtdan salınandan sonra Mənsimov qatı müxalifətçiyə çevirildi. Onda Elçibəy, Rəsulzadə sevgisi baş qaldırdı. Amma xilas ola bilmədi. Maraqlıdır, görəsən, o həbsxanada kimi “sevəcək?”./yenisabah.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93