Salam, xoş gəlmisiniz.

Müğənnidən attestatsız universitetə qəbul olan tələbəyə JEST: Təhsil haqqını mən verəcəm

2019-08-20 15:43:40

Müğənnidən attestatsız universitetə qəbul olan tələbəyə JEST: Təhsil haqqını mən verəcəm

Xəbər verdiyimiz kimi, Azərbaycan Dillər Universitetində (ADU) attestatı olmayan abituriyent tələbə adına layiq görülüb.

Gənc müğənni Mehin Hümbətova sosial şəbəkə hesabında Universitetin Tərcümə fakültəsinin Fransız dili ixtisasına qəlub olan Orxan Bağızadənin təhsil haqqını ödəməyi öz üzərimə götürmək istədiyini deyib:

“Bu hadisənin yaşandığına görə çox təəssüf edirəm. Belə valideynlərə ayıb olsun! Övladının gələcəyi ilə oynayan, seçiminə qarışan insan valideyn adına ləkədir. Orxanı tanıyan kimsə varsa, xahiş edirəm, mənimlə əlaqələndirin. Onun təhsil haqqını öz üzərimə götürərəm”.

ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı isə Orxana bir semestr boyunca hər ay 100 manat təqaüd ayrıldığını, hər ay pulsuz yemək talonları veriləcəyini və əlavə maddi yardım ediləcəyini bildirib.

Xatırladaq ki, O.Bağızadənin illik təhsil haqqı 1000 manat təşkil edir. /axar.az/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru