Münhen Təhlükəsizlik Konfransı regional təhlükəsizlik üçün mühüm addım oldu

6

1962-ci ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu dialoq platformalarından biri sayılır. 1998-ci ildən etibarən Almaniya hökuməti tərəfindən maliyyələşdirilən konfrans iştirakçıların statusuna və sayına görə, eləcə də dünyanın diqqət mərkəzində olduğu üçün özünün analoji alternativlərini xeyli üstələyir.

Bu il 56-cı dəfə keçirilən konfransda 800-dən çox nümayəndə, 150 dövlət və hökumət başçısı, həmçinin hökumət üzvü iştirak edib. Belə bir önəmli tədbirdə Azərbaycan prezidentinin iştirakı, şübhəsiz ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və çıxışları regional və beynəlxalq təhlükəsizlik konsepsiyası baxımından maraq doğurub və dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, xarici siyasət və enerji məsələləri üzrə nüfuzlu ekspertlərinin diqqət mərkəzində olub.

Beynəlxalq miqyasda milli iradənin təcəssümü

Münxen Təhlükəsizlik Konfransının 56-cı toplantısının önəmli hadisəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələr və prezident İlham Əliyevin Ermənistanın hökumət başçısına tarixi həqiqətlər və beynəlxalq hüquqla bağlı verdiyi dərsdir. Prezident İlham Əliyevin Azərbaycanın və onun ayrılmaz bir parçası olan Dağlıq Qarabağın tarixi, münaqişənin yaranma səbəbləri və Ermənistanın baş nazirinin əsassız iddialarına məntiqli cavab verməsi xüsusilə diqqət mərkəzində oldu.
Prezident İLham Əliyev tarixi müstəvidə, 1805-ci ildə Qarabağ xanı İbrahim xanla Rusiya imperiyasının generalı Sisianov arasında imzalanan saziş ətrafında çıxış edərək  Azərbaycanın Qarabağ xanlığının müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçdiyini qeyd etdi. Yəni, məsələni tarixi müstəvidən hansısa uydurma salnaməçilərin, yaxud maraqlı tərəflərin uydurduğu xronikadan deyil, beynəlxalq münasibətlərin subyekti olan və hazırda da qorunub saxlanan dövlətlərarası müqavilələrdən başladı.
Prezident İlham Əliyevin Dağlıq Qarabağ və Azərbaycanın digər tarixi əraziləri, ö cümlədən İrəvanla bağlı söylədikləri, həmçinin Ermənistanın bir dövlət olaraq formalaşdırılması ilə bağlı söylədikləri də mübahisə doğurması mümkün olmayan tarixi faktlara söykənirdi və bu faktlar sənədlər şəklində bu gün Rusiya və dünyanın ayrı-ayrı ölkələrində qorunub saxlanılır.

Ermənistanın baş naziri Nikol Paşinyan hər hansı bir tarixi sənədlə təsdiq olunması mümkün olmayan, erməni salnaməçilərinin uydurduğu və yalnız ermənilərin inandığı söz yığınından ibarət tarixi dedi-qodularla Azərbaycan Prezidentinə cavab verməyə cəhd göstərdi. Paşinyanın “Böyük Tiqranın romalı hərbi lider Pompeylə danışıqlar aparması” barədə söylədikləri isə, təkcə onun savadsızlığını və səriştəsizliyini yox, həm də yalan üzərində qurulan erməni təbliğatının mahiyyətini ortaya qoydu. Ortalıqda onun dediklərini təsdiqləyəcək dövlətlərarası müqavilə, yaxud hər hansı bir sənəd yoxdur. Sadəcə, əfsanə var və bu əfsanə də Prezident İlham Əliyevin misal gətirdiyi tutarlı tarixi faktlarla dünyanın gözü qarşısında darmadağın oldu.

Nikol Paşinyan hər dəfə Prezident İlham Əliyevin onu acınacaqlı duruma salan fikirlərinə cavab vermək istəyəndə öz vəziyyətini daha da pisləşdirdi. Bu Xocalı soyqırımı, Şaumyan rayonu ilə bağlı fikir mübadiləsində də özünü qabarıq şəkildə göstərdi.

Münhendəki debatda Ermənistan həm də beynəlxalq miqyasda rüsvay oldu

Azərbaycan prezidentinin Ermənistanın baş nazirinin Şaumyan rayonu ilə bağlı düşdüyü acınacaqlı durumdan və üzr istəməsindən istifadə edərək, unikal bir siyasi manevrlə bolşevik Stepan Şaumyanın adının tarixi Azərbaycan şəhəri olan Xankəndinə verilməsini, müstəqil bir dövlətə rəhbərlik edən Xanın kəndinin (şəhərinin) bolşevik Stepanın şəhərinə çevrilməsini vurğulaması ermənilərin öz himayədarlarının xidmətindən yararlanmaqla azərbaycanlıları etnik təmizləməyə məruz qoyması, Azərbaycan toponimlərini qondarma erməni adları, hətta qaniçən və cəlladların adları ilə əvəzləməsi ilə bağlı tarixi həqiqətləri ortaya qoydu.

Bu debatda, sadəcə, Ermənistanın baş naziri deyil, bütövlükdə erməni təbliğat maşını dünyanın gözü qarşısında Azərbaycan prezidentinə məğlub oldu.  Azərbaycan prezidentinin Münxen Təhlükəsizlik Konfransındakı çıxışları, şərh və cavabları işğal altında olan Azərbaycan torpaqları ilə bağlı həqiqətlərin dünyaya təqdim olunması baxımından yeni və olduqca əlverişli bir mərhələ açdı.

Beynəlxalq Konfransın yeni şərtləri

52-ci Münhen Təhlükəsizlik Konfransının bu ilki toplantısı maraqlı məqamlarla yadda qaldı. Dünyanın böyük dövlətlərinin hazırda aktual olan geosiyasi problemlərə münasibəti olduqca əhəmiyyətli idi. Təhlükəsizlik böhranı, məhdud imkanlar, beynəlxalq intizamın zəifliyi məsələləri müzakirələrin mərkəzində yer aldı. Münhenə 30-dan çox dövlət və hökumət rəhbərləri, 70-dən çox XİN başçıları və müdafiə nazirlərinin toplaşması tədbirin çox mühüm əhəmiyyət daşıdığını bir daha sübuta yetirdi.

52-ci Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın da təmsil olunması, dövlət başçısının dünya liderləri ilə birlikdə müasir dövrün ən aktual məsələlərinin müzakirələrində yaxından iştirak etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən daha bir amildir. Bu həm də dünya miqyasında Azərbaycana verilən önəmin daha bir nümunəsidir. Dövlətimizin başçısı bir sıra mühüm görüşlər də keçirib.

Azərbaycan Prezidenti 52-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi.İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirələrdə iştirak edib. Müzakirələr zamanı Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin münaqişə ilə bağlı verdiyi suala cavabında ölkə başçısı Azərbaycan tərəfinin prinsipial mövqeyini bir daha diqqətə çatdırmışdır: “Biz Ermənistanı işğala görə günahlandırırıq və bunu təkcə biz etmirik. Bunu bəşəri mənada dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurası edir. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Biz Ermənistan xalqını yox, Ermənistan hökumətini yalnız azərbaycanlı olduqlarına görə günahsız insanların erməni vandalları tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımına görə günahlandırırıq və bu soyqırımı 10-dan artıq ölkə tərəfindən tanınır. Biz Ermənistanı öz doğma torpaqlarında qaçqına çevrilmiş bir milyon qaçqın və məcburi köçkünlərimizin iztirabına görə günahlandırırıq. Onların 40 mini Dağlıq Qarabağdandır, 750 mini Azərbaycanın digər işğal olunmuş rayonlarındandır, 200 mini isə Ermənistandan qovulmuşdur və etnik təmizlənməyə məruz qalmışdır. Bütün bunlar sizin işğalınızın nəticəsidir. Bu, sizin qonşu ölkəyə qarşı yürütdüyünüz siyasətin nəticəsidir və işğala son qoyulmalıdır. Regionda sülhə nail olmaq üçün birinci şərt Azərbaycan torpaqlarının azad edilməsidir”.

Dağlıq Qarabağ probleminin həlli yeni dünya düzəninə təsir imkanları deməkdir

O da bir həqiqətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına bəzi dövlətlər və təşkilatların məsələyə “ikili standartlar”dan yanaşmaları də öz təsirini göstərir. Bu isə Yerevanı təcavüzkarlığa daha da şirnikləndirir, danışıqlarda müsbət meyllərin əldə olunmasını əngəlləyir. Azərbaycanın regionda güclənməsi, müstəqil qərarlar qəbul etməsi ilə barışa bilmirlər. Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqeyinin güclənməsi ilə müşayiət olunur. Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir. 52-ci Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın bilavasitə iştirakı ilə reallaşdırılan mühüm energetika və digər layihələrin yalnız regionda deyil, dünya miqyasında da böyük əhəmiyyətə malik olduğu xüsusi vurğulandı. Ancaq, o da bəllidir ki, müasir dünyada regional təhlükəsizlik beynəlxalq miqyasda iqtisadi əlaqələrin inkişafı, iqlim dəyişikliklərinə səbəb olan etnik münaqişlərin və ya müharibələrin sayəsində başa gəlir. Beləliklə local şəkildə bir bölgədə deyil, bütün bəşəriyyəti narahat edən təhlükəsizlik problemləri ortaya çıxır. Ekoloji tarazlığın pozulması, etnik və ya dini müstəvidə münaqişlərin yaranması milyonlarla miqrantların axınına səbəb olur ki, bu da öz növbəsində digər dövlətlərin social-iqtisadi durumuna güclü şəkildə təsir edir.  

Energetika naziri Münhen Təhlükəsizlik Konfransında çıxış edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Almaniyada 55-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş iclasda iştirak edib. Nazir çıxışında dünyada təhlükəsizliyin təminatında enerji təhlükəsizliyinin artan rolundan bəhs edib. Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyinə, davamlı inkişafa xidmət enerji siyasəti, neft-qaz layihələrindən danışıb. O, 7 ölkə və çoxsaylı şirkətlərin iştirakı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi”nin icrasının yekun mərhələyə daxil olduğunu bildirib və layihənin dünyanın enerji xəritəsini yenidən formalaşdıran strateji əhəmiyyətini diqqətə çatdırıb. Energetika naziri Pərviz Şahbazov deyib: ““Cənub Qaz Dəhlizi” hazırda dünya enerji təhlükəsizliyi sisteminə şaxələnməni mənbə və marşrutun hər biri üzrə təqdim edən ilk real layihədir. Bu layihə enerji təhlükəsizliyi baxımından həssas region sayılan Cənub Şərqi Avropa bazarına istiqamətlənsə də, gələcəkdə daha çox Avropa ölkələrini əhatə etmək perspektivinə malikdir. Bu isə onu göstərir ki, “Cənub Qaz Dəhlizi”nin inkişafı ilə Avropada enerji təhlükəsizliyi daha geniş miqyasda təmin ediləcək.”

Nazir həmçinin Bakıda fevralın 20-də keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı və bu formatda müzakirələrin enerji təhlükəsizliyinə töhfələri barədə məlumat verib. Qeyd edək ki, Münhen Təhlükəsizlik konfransı beynəlxalq müzakirə forumu keçirməklə dünyada təhlükəsizliyə və sabitliyə töhfə verir. Azərbaycan bir dövlət olaraq bu beynəlxalq konfransda basilica prioritet konsepsiyasını irəli sürdü. Ermənistanın feodalcasına davranışları isə istehza ilə qarşılandı.

“Hürriyyət”