“Münhendə Mnatsakyanla iki ölkə liderlərinin görüşünü müzakirə edə bilərik” – Məmmədyarov

15 Fevral, 2019, 15:34
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Münhendə təhlükəsizlik məsələləri üzrə konfransa çərçivəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyanla görüşüb, iki ölkə liderlərinin sammitini müzakirə edə bilərik”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində bildirib.

“Fikirimcə, bu məsələ Ermənistandan olan həmkarımla görüşdə müzakirə olunacaq. Eyni zamanda, əlbəttə Minsk qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri zamanı müzakirə ediləcək”, – deyə E.Məmmədyarov ölkə liderlərinin sammiti ilə bağlı suala cavabında qeyd edib.

O, ermənistanlı həmkarı ilə Münhendə ayaqüstü olsa da mütləq görüşəcəklərini bildirib: “Münhendə yəqin ki, ayaqüstü mütləq görüşəcəyik. Biz görüşmək üçün istənilən imkandan istifadə edirik”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93