Müsavatda başqanlığa qadın namizəd

19 Sentyabr, 2019, 15:29
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Müsavat Partiyasının başqanlığına daha bir namizəd bəlli olub. Modern.az xəbər verir ki, partiyanın Divan üzvü Başxanım Abbaslı da namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə Turan-a o, özü bildirib.

Bununla da Müsavat başqanı vəzifəsinə namizədlərin sayı 3-ə çatıb.

Partiya sədri seçkiləri oktyabrın 12-də Müsavat-ın IX qurultayında keçiriləcək.

İki keçmiş məhbus – Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqov da Müsavat başqanı vəzifəsinə namizədliyini irəli sürüb.

Müsavat-ın hazırki başqanı Arif Hacılı namizədlərin irəli sürülməsi prosesi rəsmi olaraq başladıqdan sonra öz qərarını elan edəcəyini bildirib.

O, nizamnaməyə əsasən ikinci müddət üçün Müsavat başqanı vəzifəsinə namizədliyini irəli sürmək hüququna malik olduğunu bildirib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93