Salam, xoş gəlmisiniz.

Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

2020-03-13 11:35:00

Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

“Görkəmli bəstəkar Müslüm Maqomayevin heykəlini hazırlamaq mənə tapşırılıb".

Hurriyyet.org xəbər verir ki, bunu “Report”a açıqlamasında Xalq rəssamı, heykəltəraş Ömər Eldarov deyib.

Onun sözlərinə görə, M. Maqomayevin abidəsi Dənizkənarı Milli Park ərazisində ucaldılacaq:

"Mənə heykəlin nə zamana bitirməli olduğum barədə hələ bir söz deyilməyib. Amma tuncdan töküləcəyi barədə məlumatım var. Heykəlin hündürlüyü 2,5 metr olacaq".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93