Salam, xoş gəlmisiniz.

Müştəri gözəllik salonunun sahibəsini döyüb xəstəxanalıq etdi - Gəncədə

2019-09-09 11:22:17

Müştəri gözəllik salonunun sahibəsini döyüb xəstəxanalıq etdi - Gəncədə

Gəncədə müştəri gözəllik salonunun sahibəsini döyüb.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən gözəllik salonlarının birində baş verib.

Belə ki, salonun xidmətlərindən istifadə edən qadın müştəri obyektin sahibəsi Zəhra Əliyeva ilə mübahisəyə başlayıb və daha sonra ona hücum edib.

Xəsarət alan salon sahibəsi xəstəxanaya yerləşdirilib.

Qadının vəziyyətin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru