Salam, xoş gəlmisiniz.

Müxaliflərin Suriya Milli Ordusundan Türkiyənin əməliyyatına DƏSTƏK

2019-10-09 13:06:03

Müxaliflərin Suriya Milli Ordusundan Türkiyənin əməliyyatına DƏSTƏK

Hurriyyet.org xəbər verir ki, Suriyanın müxalifətçi döyüşçülərindən ibarət olan Suriya Milli Ordusu (SMO) Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Fərat çayının şərqində aparmağı planlaşdırdığı əməliyyatı dəstəkləmək üçün Şanlıurfa rayonuna hərbi qüvvə göndərib. SMO hərbçilərini aparan avtobuslar və silah-sursat yüklü tırlar Türkiyənin Kilis şəhərindən Qaziantep istiqamətinə yola düşüb.

SMO Türkiyənin keçirəcəyi əməliyyata kömək məqsədilə Menbiç xəttini möhkəmləndirib, oraya hərbi qüvvə cəm edib. SMO “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları bölgələrindən çox sayda zirehli texnikanı və döyüşçünü gün ərzində Menbiç cəbhə xəttinə göndərib. Bununla da Menbiçdən gələ biləcək YPG/PKK hücumlarına qarşı tədbir görülüb.

Türkiyənin Milli Müdafiə Nazirliyinin Suriya terrorçular tərəfindən işğal edilmiş bölgənin təmizlənməsi əməliyyatı barəsindəki açıqlamasında deyilir: “Suriyalıların təhlükəsiz bir həyata qovuşa bilməsi üçün Təhlükəsiz Bölgə/Sülh Dəhlizi qurulması zəruridir. TSQ sərhədlərimizdə terror dəhlizinin yaradılmasına əsla izn verməyəcəkdir. Əməliyyat üçün bütün hazırlıqlar tamamlanıb”.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93