Muzdlu hərbçilər və avropalı biznesmenlər general Həftərin milyonlarla dollarını ələ keçirib

4

Hurriyyet.org xəbər verir ki, İngiltərədə dərc edilən “İndependent” qəzeti çevrilişçi general Xəlifə Həftərin muzdlu hərbçilər və avropalı biznesmenlər tərəfindən aldadıldığını iddia edib. Qəzet general Həftərin on milyonlarla dollarını itirdiyini bildirib. Çərşənbə günü dərc edilən məqalədə başda ingilislər olmaqla, Avropadakı bir çox biznesmenin  Həftərin böyük miqdarda pulunu aldığı halda hərbi təchizatları vermədiyini bildirib.

Fırıldaqçılar 55 milyon dolları mənimsəyib

İngiltərənin “İndependent” qəzeti 76 yaşlı general Həftərin hücum vertolyotları, kəşfiyyat təyyarələri və dəniz gəmisi üçün ödədiyi 55 milyon dollardan artıq (43 milyon funt sterlinq) pulu itirdiyini bildirib.

Qərbi Liviyada Həftərin son bir neçə gün davam edən döyüşlərdə itirdiyi strateji məntəqədən çəkilən videotəsvirləri, geri çəkilən qüvvələrin qoyub qaçdığı bahalı silah-sursat göstərilir.

Həftərin köməkçiləri isə İngiltərə qəzetində dərc edilən xəbərin Fəyaz əs Sərracın lideri olduğu Milli Barışıq Hökuməti tərəfindən aparılan “təbliğat” olduğunu irəli sürərək, Həftər barəsindəki iddiaları rədd edib.

Lakin BMT-nin gizli təhqiqatını əks etdirən hesabatda 20-si Cənubi Afrikadan, 5-i İngiltərədən (2-si Krallıq Dəniz Qüvvələri),  2-si Avstraliyadan, 1 nəfəri Amerikadan gəlmiş  komandanın hər bir üzvünə 120 min dollardan artıq pul verildiyi bildirilir.

Hurriyyet.org