Muzdluların erməni ordusuna cəlb olunması… – Politoloq

7

Digər ölkələrdə həyata keçirilən əməliyyatlara muzdluların cəlb edilməsi faktı beynəlxalq qanuna zidd hərəkətdir.

Bu sözləri  açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistan tərəfinin müxtəlif ölkələrdə mövcud olan erməni əsilli şəxslərin, habelə muzdluların orduya cəlb edilməsini şərh edərkən deyib.

O, müxtəlif ölkələrin qanunvericiliyinə əsasən, digər ölkələrin ərazilərində hərbi birləşmələrdə iştirak edənlərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib:

“Təəssüf ki, bəzi ölkələr erməni əsilli şəxslərin “orduya” cəlb olunmasına göz yumur. Düşünürəm ki, gələcəkdə bizim prokurorluq orqanları həmin ölkələrə müraciət edərək, qanun çərçivəsində onlara təzyiq göstərə bilər”.

Ermənistanın diləndiyi atəşkəsin elə özləri tərəfindən pozulmasına Azərbaycanın adekvat cavab verməsi məsələsinə toxunan politoloq bunları deyib:

“Azərbaycan Ermənistanın dinc əhalisi və mülki obyektləriylə deyil, hərbi mövqeləriylə müharibə aparır. Ümid edirəm ki, Ermənistanın özbaşnalıqları ilə bağlı faktlar toplanaraq Haaqa beynəlxalq tribunalına təqdim olunacaq”.            //Konkret