Naməlum şəxs Digah sakinlərini qorxuya salıb, ərazidə polis nəzarəti gücləndirilib – VİDEOREPORTAJ

25 Sentyabr, 2019, 16:46
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Abşeron rayonunun Digah qəsəbəsində qeyri-adi hadisələr baş verib.

Bu barədə “Report”a müraciət edən sakinlər bildirib ki, 20 gündür gecələr naməlum şəxs və şəxslər tərəfindən narahat edilirlər.

Belə ki, naməlum şəxslər gecə saatlarında yerli sakinlərin evlərinə gəlib, qapı-pəncərələrinə, damlarına daş atıb qaçırlar.

Qəsəbə sakini Vəli Salmanzadə “Report”a deyib ki, sentyabrın 22-də, axşam saatlarında evinin pəncərəsindən naməlum şəxs otağın içərisinə baxıb, övladını qorxudub: “Həmin vaxt oğlum otaqda tək idi. Kimsə pəncərədən otağın içərisinə baxırdı. Bu vaxt oğlum qışqırıb məni çağırdı. Mən də həmin şəxsin arxası ilə qaçanda yerə yıxıldım və ayağım sındı”.

Digər sakinlərin sözlərinə görə, qəsəbədə hər gecə, təxminən, 7-8 evin qapı-pəncərələrinə daş atılıb, insanları qorxudublar: “Heç kəs onları tuta bilmir, bir anlıq gözlərdən yayına bilir. Gecələr uşaqlar evdə yata bilmir, səhərə qədər oyaq qalırıq”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”a deyib ki, qəsəbə sakinləri tərəfindən onları hər gecə narahat edən şəxslə bağlı nazirliyin “102” Zəng Mərkəzi Xidmətinə müraciətlər daxil olub.

O qeyd edib ki, məsələ Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb, qəsəbə ərazisində polis postları qoyulub: “Araşdırmalar nəticəsində qəsəbədə yeni tikilən evlərdə yaşayan 27 yaşlı Heydər Həşimov müəyyən edilərək saxlanlıb”.

O.Mansurzadə deyib ki, həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə H.Heydərovun barəsində 30 sutka müddətinə inzibati qaydada həbs qərarı çıxarıb.

O.Mansurzadənin sözlərinə görə, Digah qəsəbə sakinlərinin narahatlığına heç bir əsas yoxdur: “Hazırda qəsəbə ərazisində polis tərəfindən nəzarət gücləndirilib. Xahiş edilir ki, əgər belə şəxslər tərəfindən yenidən analoji hərəkətlərə yol verilərsə, nazirliyin “102” Zəng Mərkəzi Xidmətinə və ərazi üzrə polis bölməsinə müraciət edilsin”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93