Narkotik becərən Ağdaş və Göyçay sakinləri tutuldu

28 May, 2020, 12:06
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Ağdaş və Göyçay rayon polis şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri – əvvəllər məhkum olunmuş 39 yaşlı Elmir Hüseynov və 33 yaşlı Gündüz Bayramov saxlanılıb.

Həmin şəxslərin rayonun Yuxarı Ləki kəndi ərazisində böyürtkən kollarının arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri 38 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən şəhər sakini Zaur Bağırov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 22 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı rayon polis şöbələrində araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93