Narkotik maddə qəbul edən 46 yaşlı kişi öldü – Cəlilabadda

9 Oktyabr, 2019, 13:26
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Cəlilabad rayonunda narkotik maddə qəbul edən 46 yaşlı kişi ölüb

Hurriyyet.org report-a istinadən xəbər verir ki, Cəlilabad şəhərinin İ.Şıxlı küçəsindəki yarımtikilinin kənarında kişi meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə yerləşdirilib.

Məlum olub ki,1973-cü il təvəllüdlü Mehman Zeynalov yarımtikilidə yüksək dozalı narkotik maddə qəbul edərək ölüb. Onun meyiti bir gündən sonra yarımtikilinin kənarında aşkar olunub.

Fakla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93