NATO-dan Rusiyaya ÇAĞIRIŞ

23 May, 2020, 13:20
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, NATO üzvləri ABŞ-ın Açıq Səma Müqaviləsindən imtina eləmək qərarından sonra da Rusiyanı müqavilənin şərtlərinə əməl eləməyə çağırıb.

Brüsseldə keçirilən NATO iclasından sonra təşkilatın baş katibi Yens Stoltenberq yazılı açıqlama verərək, NATO müttəfiqlərinin silahlanmaya nəzarət razılaşmasına riayət eləməyə davam etdiyini bildirib: “Açıq Səma Müqaviləsinə üzv  olan bütün tərəflərin öhdəliklərini yerinə yetirmək məcburiyyətində olduğu məsələsində həmrəyik. NATO müttəfiqləri razılaşma maddələrini tam şəkildə yerinə yetirməyə davam edir”.

Rusiyanın son zamanlarda müqavilənin öhdəliklərini pozduğuna və Kalininqrad ilə Gürcüstanda uçuş məhdudiyyətləri tətbiq elədiyinə işarə vuran Stoltenberq deyib: “Rusiyanın müqaviləyə tam əməl eləməməsi müqavilənin Avro-Atlantik bölgəsində təhlükəsizlik və sabitliyə töfhəsini zədələyib”.

“Rusiya müqaviləyə geri dönməlidir”

Stoltenberq NATO üzvlərinin 2014-cü il sammitindən bəri Moskva hakimiyyətini müqavilə öhdəliklərini yerinə yetirməyə çağırdıqlarını bildirib. Rusiya müqaviləyə əməl eləmədiyi üçün ABŞ-ın razılaşmadan imtina eləməsi qərarını verdiyini bildirən Stoltenberq Rusiyanın müqaviləyə riayət eləməsi üçün müttəfiqlərin yenidən çağırış etdiklərini bildirib.

Açıq Səma Müqaviləsi 24 Mart 1992-ci ildə Helsinkidə imzalanıb və ona 35 dövlət qoşulub. Müqaviləyə qoşulan dövlətlər potensial və faktiki hərbi fəaliyyətlər haqqında məlumat toplamaq üçün müqavilənin digər iştirakçılarının əraziləri üzərində müşahidə uçuşları həyata keçirə bilərlər.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93