Salam, xoş gəlmisiniz.

NATO ölkələri hərbi xərcləri 100 milyard dollar artırırlar – Tramp dediyini elədi

2019-08-23 16:44:37

NATO ölkələri hərbi xərcləri 100 milyard dollar artırırlar – Tramp dediyini elədi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bəyan edib ki, NATO ölkələrinin müdafiə xərclərini artırmasına nail ola bilib («TASS»).

Ağ Evin başçısı qeyd edib ki, xərclər 100 milyard dollar artıb, bundan əvvəl isə bir sıra ölkələr ödəməli olduqarı qədər ödəmirdilər. «Onlar ödəmirdilər, onlar öz öhdəliklərini pozurdular… Və mən doğrusunu deməliyəm, nədən ki, bu və ya digər halda başqa ölkələrin əvəzinə ödəməkdən yorulmuşam» – ABŞ lideri əlavə edib.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans üzvü olan ölkələrin hərbi xərcləri – ABŞ-dan başqa – 2019-cu ildə 3,9 faiz artıb. Bu il NATO-ya ən azı 8 üzv dövlətin hərbi xərcləri ümumi daxili məhsulun (ÜDM) 2,0 faizi həddinə çatacaq.

Xatırladaq ki, Donald Tramp dəfələrlə bəyan edib ki, NATO üzvləri öz hərbi xərclərini artırmalıdırlar, nədən ki, hazırda ABŞ «hamıdan artıq ödəyir»./AzPolitika.info/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru