Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi

27 May, 2020, 13:53
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ermənistan ordusunun Naxçıvan istiqamətində təxribat cəhdinin qarşısı alınıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu zaman hərbi hissələrdən birinin komandiri olan erməni zabitinin xidməti “Nissan Patriot” markalı avtomobili sıradan çıxarılaraq məhv edilib.

Düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan faktı təsdiqləyib. O, Naxçıvan istiqamətində ordunun mövqeyini irəli çəkmək istədiyi zaman atəşə məruz qaldıqlarını söyləyib.

“İnsident tərəflər arasındakı neytral ərazidə yeni mövqelərimizi bərkidən zaman baş verib. Bəli, avtomobil yansa da, o, batalyon komandirinə xidmət göstərmirdi”.

Stepanyan cəbhədə hər gün atışmaların olduğunu, bu zaman hər iki tərəfin texnika sarıdan itki verdiyini söyləyib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93