Naxçıvan Qarnizonu Qoşunlarında döyüş atışlı TAKTİKİ TƏLİM KEÇİRİLİB – FOTO/VİDEO

4 Aprel, 2020, 18:24
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

"Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı"na əsasən artilleriya bölmələri ilə gecə şəraitində döyüş atışlı taktiki təlim keçirilib.

Hurriyyet.org-un Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, artilleriya bölmələri daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına hərəkət edərkən verilən müdaxiləyə uyğun olaraq hərəkətdən birbaşa döyüş düzülüşünə açılıb, atəş mövqelərini və müşahidə məntəqələrini tutaraq döyüş tətbiqinə hazırlanıb.

Təlimdə şərti düşmənin fəaliyyəti gecəgörmə imkanlarına malik kəşfiyyat vasitələri ilə izlənilib.

Atəş mövqeyi rayonlarından işıq təminatı ilə bərabər planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib.

Məhdudgörmə şəraitində keçirilən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 

 

 

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93