“Naxçıvanda karantində saxlanılan tələbələrə işgəncə olunur” – ŞOK İDDİA

27 Mart, 2020, 11:28
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Tələbələrə işgəncə verən rəis “mənim arxamda dövlət var” deyir”

“Türkiyədən ölkəyə qayıtmaq üçün Naxçıvana gələn və orada Daxili Qoşunların hərbi hissəsində karantinə alınan tələbələr dünən bərbad şəraitə görə etiraz edib. Vəziyyəti çəkib paylaşmaq istəyən Ümid adlı bir tələbə podvala salınaraq dubinka ilə döyülüb, ancaq qusandan sonra işgəncə dayanıb”. Hurriyyet.org xəbər verir ki, məlumatı “Kanal-13” TV-nin əməkdaşı İsmayıl İslamoğlu “feysbuk” hesabında paylaşıb.

“Hərbi hissədə işıqlar yanmır, hamı kütləvi formada saxlanılır”

İsmayıl İslamoğlunun sözlərinə görə, Ümid digər yoldaşları ilə görüşdürülmür: “Deyilir ki, fiziki vəziyyəti çox pisdir və xəbərin yayılmasını istəmədikləri üçün onu gizlədirlər. Ümidlə maraqlanmaq istəyən Şəlalə adlı bir tələbə qızı qaranlıq, soyuq bir otağa kilidləyiblər, bir müddət saxlayandan sonra çıxarıblar və təhdid edib buraxıblar. Rəis Şəlaləyə deyib ki, biz Ümidi döymədik, sadəcə silkələdik. Sən Ümidi görsən, soruşarsan ki, döyülüb, ya yox. Hərbi hissədə işıqlar yanmır, hamı kütləvi formada saxlanılır, normal yemək, normal ayaqyolu şəraiti vəs. yoxdur.

“Ümidlə yanaşı, digər bütün tələbələrin də təhlükəsizliyi risk altındadır”

İ. Islamoğlu  qeyd edib ki, onda həmin hissənin nömrəsi də var: “Amma ümumi təhlükəsizlik baxımından hazırda yazmıram. Tələbələrə işgəncə verən rəis “mənim arxamda dövlət var” deyir. Bu xəbərin paylaşılması çox önəmlidir. Çünki hazırda orada Ümidlə yanaşı, digər bütün tələbələrin də təhlükəsizliyi risk altındadır. Xahiş edirəm, mümkün olan ən yüksək səviyyədə paylaşın”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93