Salam, xoş gəlmisiniz.

Naxçıvanda yas mərasimləri BİR GÜN KEÇİRİLƏCƏK

2020-03-24 21:20:00

 Naxçıvanda yas mərasimləri BİR GÜN KEÇİRİLƏCƏK

Bu barədə martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və icra hakimiyyətləri yas mərasimlərinin keçirilməsi ilə bağlı qaydaları diqqətdə saxlamalı, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimləri 1 gün keçirilməli və bu zaman çay, yemək verilməməli, əhali yeni qaydalar barədə məlumatlandırılmalıdır. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində də çay verilməsi dayandırılmalı, bütün ibadət və ziyarət yerləri dezinfeksiya olunmalı, cümə namazlarının evdə qılınması sakinlərə tövsiyə edilməlidir. \\NAXCİVANXEBERLERİ.COM 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93