Naxçıvanın yeni Baş Naziri kim olacaq? – Ali Məclis bu gün Prezidentin təqdimatına baxacaq

23 May, 2020, 10:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək.

“Report” xəbər verir ki, sessiyanın gündəliyinə üç məsələ daxil edilib.

Bunlar Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin təyin edilməsi, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsidir.

Qeyd edək ki, Naxçıvan MR-in Baş Naziri Əlövsət Baxşıyev bir neçə gün əvvəl vəzifəsindən azad olunub. MR Konstitusiyasına görə, Baş Nazir Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclis tərəfindən təsdiq olunmalıdır. 

“AzPolitika.info”-ya daxil olan məlumata görə, Naxçıvanın yeni Baş Naziri vəzifəsinə Muxtar Respublikanın Baş Nazirinin müavini – Maliyyə naziri Səbuhi Hidayət oğlu Məmmədovun təqdimatı verilib.

Bu gün Ali Məclisin onun təqdimatını təsdiq edəcəyi gözlənilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93