Nazarbayevdən azərbaycanlı diplomata – Gözlənilməz məktub

10 Sentyabr, 2019, 20:50
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna məktub ünvanlayıb.

Səfirlikdən verilən məlumata görə, Nursultan Nazarbayev Polad Bülbüloğlunun siyasi və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib.

Məktubda deyilir: “Sizin yaradıcı əməyinizi, səmərəli ictimai və dövlət fəaliyyətinizi, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə verdiyiniz böyük şəxsi töhfəni yüksək qiymətləndirirəm”.

Nazarbayev Azərbaycan səfirinin zəngin həyat və peşə təcrübəsinin bundan sonra da iki qardaş xalqın çoxtərəfli əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb. \\Teleqraf.com


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93