Salam, xoş gəlmisiniz.

Nazir maşını məktəblini vurub

2018-03-26 19:43:51

Nazir maşını məktəblini vurub

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin avtomobili ilə 11 yaşlı məktəbli vurulub.

Hurriyet.org APA-ya istinadən bildirir ki, hadisə Tsxneti şossesində yerləşən məktəbin yaxınlığında baş verib. Məktəbli xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə yoxdur.

Hadisə zamanı K. Tsixelaşvilinin avtomobildə olduğu bildirilir. Dövlət naziri artıq xəstəxanada məktəbliyə baş çəkib və bildirib ki, yeniyetmə ciddi xəsarətlər almayıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93