Nazir: "Könüllü vergi ödəmələri xeyli artıb"

16 May, 2019, 21:26
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

"Azərbaycanda bu ilin əvvəlindən tətbiq olunan yeni vergi qanunvericiliyi könüllü vergi ödəmələrini nəzərəçarpacaq dərəcədə artırıb".

Bunu AZTV-nin "Günün nəbzi" verilişində vergilər naziri Mikayıl Cabbarov bildirib.

"Son nəticədə vergi daxilolmaları proqnozu üstələyir. Əgər bu ilin I rübünün yekununda proqnoz tapşırığında nəzərdə tutulandan 150 milyon manat çox vergi toplanmışdısa, ilin ilk 4 ayı üzrə əlavə yığım 200 milyon manat olub. Bu da vergi yükünün azaldılması, vergi ödəyicilərə eyni yanaşılması, qanunda nəzərdə tutulan vergi güzəştlərinin tam həcmdə tətbiq edilməsi ilə bağlıdır", – deyə nazir qeyd edib. \\Teleqraf.com


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93