Salam, xoş gəlmisiniz.

Nazir şöbə müdirini işdən çıxardı

2019-07-18 11:42:23

Nazir şöbə müdirini işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə e-Xidmətlər və innovasiyalar şöbəsinin müdiri Məcidov Elnur Durmuş oğlu tutduğu vəzifədən azad edilib.

Məsələ ilə bağlı ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Elnur Məcidov başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxıb:

“Hazırda onun vəzifələrini Kənan Əkbərov icra edir”.

Qeyd edək ki, E.Məcidov 1976-cı ildə anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin bakalavr, 1997-1999-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2000-2004-cü illər Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu aspiranturasında təhsil alıb.

2000-2002-ci illərdə "XXI" Yeni Nəşrlər Evində kompüter mütəxəssisi vəzifəsində işləyib. 2002-2003-ci illərdə "Febus" MMC-də kompüter mütəxəssisi vəzifəsində işləyib. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentini bəyannamələr şöbəsində müfəttiş vəzifəsində işləyib.

2008-2011-ci illərdə "AZSoft" MMC-də direktor vəzifəsində işləyib.

2011-ci il 3 mart tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun aparatının İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyin olunub. 2013-сü il 11 dekabr tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyası şöbəsinin müdiri təyin edilib.

2019-cu il 21 yanvar tarixindən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışır.

Evlidir, 3 övladı var.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru