Nazirin həbs olunan 12 illik köməkçisi və müavini kimdir?

12 May, 2020, 22:21
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

DTX-nın keçirdiyi əməliyyat nəticəsində saxlanılan Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun bu sahəyə yad olduğu haqda yanlış ehtimallar səsləndirilir.

Sözügedən məqamı nəzərə alaraq, R.Bayramovun dosyesini təqdim edir:

Rafiq Yasin oğlu Bayramov 10 noyabr 1972-ci ildə anadan olub, Bakı Dövlət Universitetinin tarix fakültəsini 1995-ci ildə bitirib.

Xüsusi diqqət etməli məqamdır ki, o, əsgəri xidmətini 1995-97-ci illərdə Milli Qvardiyada keçib.

Nizami rayon İH-in Gənclər və İdman İdarəsində, Bakı şəhər İcra Hakimiyyətinin Aparatında müxtəlif vəzifələrdə çalışıb.

2001-2003-cü ildə, yəni Əbülfəs Qarayev Gənclər, İdman və Turizm naziri olarkən sözügedən nazirlikdə baş təlimatçı, 2003-cü ildən sonra isə nazirin köməkçisi olub.

2006-cı ildə – Əbülfəs Qarayev Mədəniyyət və Turizm naziri təyin edildikdə o da yeni nazirliyə gəlib və 2006-2014-cü illərdə burada Ə.Qarayevin köməkçisi olub.

2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

27 iyun 2018-ci ildə isə nazir müavini təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. \\Axar


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93