Nazirin işdən qovduğu rəis müavini Hacı Mazanın qohumu çıxdı – Belə deyirlər…

8 İyun, 2019, 19:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Məlum olduğu kimi, Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsində gənc vəkil Orxan Kəngərlinin fiziki şiddətə məruz qalmasında adı hallandırılan polis əməkdaşları cəzalandırılıb.

Daxili işlər naziri Ramil Usubovun əmri hadisədə adı hallanan Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəis müavini Yalçın Yaqubov Daxili İşlər Orqanlarından xaric edilib. Təhqiqatçı Elnur Rəşidov isə tutduğu vəzifədən azad edilib.

Hurriyyet.org bildirir ki, Bakupost.az işdən çıxarılan rəis müavini haqqında məlumatlar əldə edib. Yalçın Yaqubov Masallı rayonunun Yeddioymaq kəndindəndir. O, "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalovun qardaşı ilə qudadır.

"Hacı Mazan"ın Binəqədi rayonunda, məhz 4-cü polis bölməsinin ərazisində törətdiyi hadisə ilə bağlı cinayət işinin istintaqı davam edir. Ötən ilin avqustunda "Hacı Mazan" Faiq Seyfullayev adlı şəxsin evinə hücum çəkərək, ona bədən xəsarətləri yetirmiş, həmin vaxt orda olan Xəzər telekanlının əməkdaşlarına da zor tətbiq etmişdi. Polis əməkdaşları Ramazan Zeynalovu polis bölməsinə aparılsa da, rəis müavini Yalçın Yaqubovun müdaxiləsi ilə həm iş adamı, həm də onunla birlikdə olan adamları sərbəst buraxılmışdı.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93