Nazirlikdən məmurun jurnalisti döyməsi xəbərinə REAKSİYA

8

“Gədəbəydə anew.az saytının müxbirinin DSMF rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.

O qeyd edib ki, mayın 4-də saat 11:05-də Qənbərov Zaur Ələddin oğlu şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib, səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da hədələyərək sürücüylə mübahisə edib:

“İdarənin müdirini və işçiləri təhqir edib, hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-nin yerli şöbəsi tərəfindən Gədəbəy Rayon Prokurorluğuna müraciət olunub”./report/