Nazirliyin Baş Müfəttişi işdən qovuldu – Rüşvət aldığına görə…

20 Sentyabr, 2019, 14:47
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Gəncədə aptek sahibindən rüşvət alan əmək müfəttişi vəzifəsindən azad olunub.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, həmin müfəttiş rüşvət alarkən aptekin kameralarına düşüb. Sonra fiziki şəxs məsələnin araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov unikal.org-a rüşvət faktını təsdiqləyib. O, bildirib ki, həmin əməkdaşın qanunsuz əməli ilə bağlı araşdırma aparılır:

"Gəncə şəhər sakini tərəfindən daxil olan müraciətə əsasən ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı DƏM-nin Baş Əmək Müfəttişi  vəzifəsində işləmiş Ələsgərov Sənan Bəhman oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə əczaçılıq fəaliyyəti ilə məşğul olan Aydın adlı fiziki şəxsdən qeyri-qanuni pul istəməsi və əldə etməsi faktı təsdiq olunub. Həmin əməkdaş vəzifə funksiyasının icrası zamanı kobud nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib. Aşkarlanmış fakta hüquqi qiymətin verilməsi üçün material Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib".


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93