“Necə və nə vaxta qədər dözək bu dərdə?!” – Qubad İBADOĞLU

21 May, 2020, 11:00
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Azərbaycanın Xarici İşlər Nazirliyi həmişə olduğu kimi dişsiz bəynatla, Müdafiə Nazirliyi isə təkrar  hərbi təlimlərlə kifayətlənəcək”

“Bu gün saat 6-da Azərbaycanın tacı olan, dədə-baba yurdumuz  Şuşada özünü əzəli torpağımız olan Qarabağın 4-cü prezidenti kimi təqdim ediləcək Arayik Arutyunyan erməni apostol kilsəsinin Qarabağ yeparxiyasının lideri, Sumqayıtda doğulmuş arxiyepiskop Pargev Martirosyanın xeyir-duası ilə konstitusiyaya əl basıb deyəcək ki, mən Dağlıq Qarabağ Respublikasının prezidenti vəzifəsinə gəldiyim zaman and içirəm:  konstitusiyanın tələblərini qeyd-şərtsiz yerinə yetirəcəm, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edəcəm, Dağlıq Qarabağ Respublikasının şöhrəti və xalqımızın rifahı naminə Respublikanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin edəcəm. Sonra da Ermənistanın baş naziri Nikol Paşayan təbrik nitqi söyləyəcək”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

“Təlim keçirib sakitləşəcəyik”

Q. İbadoğlu vurğulayıb ki, bütün bunlara rəğmən, Azərbaycanın Xarici İşlər Nazirliyi həmişə olduğu kimi dişsiz bəynatla, Müdafiə Nazirliyi isə təkrar  hərbi təlimlərlə kifayətlənəcək: “Elə buna görə də Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan açıqlama verib ki: “Azərbaycan ATƏT-in üzvü  kimi yerinə yetirməli olduğu öhdəliklərə malikdir. Ancaq biz Azərbaycan ordusunun buna  bənzər  məşqlərinə öyrəşmişik. Bu hərbi təlimlər Ermənistan sərhədlərində hər hansı bir gərginlik yaratmır”. Doğrudur, biz beynəlxalq öhdəliklərə riayət edib, yalnız hərbi təlimlər keçirib, orudunun da enerjisini elə məşlərdə çıxaracağıq. Bu dəfə də elə olacağına əminəm, təlim keçirib sakitləşəcəyik. Ermənilər də inaqurasiyanı keçirərək, Şuşanı yeni paytaxt elan edəcək və bütün bunlar atəşfəşanlıqla müşahidə olunacaq. Necə və nə vaxta qədər dözək bu dərdə?!”

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93