NEFT ERASININ SONU: səudiyyəlilər səhra adətlərinə uyğun Putini isti qaşıqla sınamaq istəyirlər

11 Mart, 2020, 16:10
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Əsrlər boyu sərt səhra şəraitində yaşayan Səudiyyə Ərəbistanının köçəri ərəb qəbilələri qəliz tarixi mədəniyyətə və ədalət sisteminə, o cümlədən ağır tale sınaqlarına sahibdirlər. Ciddi həll olunmamış mübahisələr üçün onların “bişa” adlı ənənəsi var – ittiham olunan şəxs odda qıp-qırmızı olmuş qaşıqla yemək dadmalıdır. Təqsirləndirilən şəxsin bunu bacara bilməsi və ya bilməməsinə müvafiq olaraq o ya günahkar, yaxud məsum elan olunur.

Rusiya hasilatın azaldılması ilə qlobal qiymət enişi və koronavirusun iqtisadi təsirlərindən qorumaq üçün Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC-lə əməkdaşlıq etmək istəmir. Prezident Vladimir Putin bildirib ki, “əvvəllər üstünlük təşkil edən 1 barel / 50 dollar qiyməti bizə görə ədalətli idi”. Qiymətin enişi və “Goldman Sachs”-ın 1 barel / 20 dollar proqnozu ilə birlikdə, istehsal artımını elan etməklə, səudiyyəlilər Putini isti qaşığı əlinə götürməyə məcbur edirlər.

Bu, Səudiyyə Ərəbistanının əməkdaşlıq etməyən neft tərəfdaşlarına səhra mühakiməsi tətbiq etməsinin ilk halı deyil. 1970-ci illərdə, daha doğrusu, 1973-cü ildə Ərəb neft embarqosundan sonra və 1979-cu ildə İran şahının süqutu ilə neft qiymətləri 2 dəfədən çox artdıqda, hasilatın artması və konservasiya 1980-ci illərin neft qarışıqlığını yaradıb.

Qiymətləri artırmaq üçün Səudiyyə Ərəbistanı hasilatı gündəlik 10 milyon bareldən gündəlik 3,5 milyon barelə endirib. Tərəfdaşların qiymət fırıldağından və OPEC-in siyasətindən yorulan səudiyyəlilər sonda qiymətləri azaldıb və 1985-ci ilin sonunda hasilatı artırıblar.

İnflyasiya və dolların valyuta dəyərindəki dəyişikliklər ABŞ-ın daxili neft qiymətlərini təxminən 50 dollara yüksəldib: 1985-ci ilin noyabr ayından 1986-cı ilin mart ayına qədər 1 barel üçün 22 dollar.

OPEC daima “maldar pişik” problemi ilə üzləşib. Onun sıralarına müxtəlif ehtiyacları olan ölkələr daxildir: yüksək əhalisi olan və nisbətən az istehsal edən ölkələr, məsələn, istehsalını yüksək səviyyədən endirmək istəməyən Nigeriya, bir də əhalisinin sayı az olan, qısamüddətli endirimi dəstəkləyən, geniş maliyyə ehtiyatı olan azsaylı ərəb dövlətləri.

Buna görə də, 1986-cı ilin sonuna qədər kartelin hasilat razılaşması əldə etməsi son nəticədə 1987-ci ilin iyul ayına qədər neftin qiymətini bugünkü həddə – 1 barel üçün 41 dollara yaxınlaşdırıb.

Beləliklə, bir müddət səudiyyəlilər daha yüksək istehsal səviyyəsi ilə yüksək qiymətlər və əməkdaşlığı təmin edə biliblər.

Səudiyyənin neft bazarlarına səhra ədalətini tətbiq etməsinin məqsədi 2014-cü ilin noyabrında başlayan ABŞ-ın neft istehsalını dayandırmaq cəhdi idi. Səudiyyəlilər ABŞ istehsalındakı artımla, neft qiymətlərində 70 faizlik azalmaya əsəbiləşiblər və öz istehsallarını azaltmaqdan imtina ediblər.

Amerika neftinin qiyməti 2014-cü ilin iyunundakı 1 barel / 130 dollardan 2016-cı ilin yanvar ayına qədər 35 dollara düşüb. Səudiyyəlilər ABŞ istehsalından ziyan görüb, 2016-cı ildə 6 faiz, ancaq onu sıxışıdıra bilməyiblər.

2016-cı ilin noyabr ayında yeni OPEC sazişi və OPEC-Rusiya kimi tanınan OPEC + (və ya digər istehsalçılar) arasında ortaq bir razılaşma əldə olunub. OPEC-Plyus əməkdaşlığı ilə qiymətlər 2017-ci ilin əvvəlində 55 dollara, 2018-ci ildə isə 70 dollara qədər yüksəlib.

Neft bazarında bütün gücünə baxmayaraq, Səudiyyə Ərəbistanı qiymət müharibəsi rekordu qarışıqdır. 1986-cı il qiymət müharibəsi OPEC-in birliyini gücləndirib. 2015-2016-cı illərdə onların ABŞ-a hücumu uğursuz olub, ancaq OPEC-Plyus əməkdaşlığını yaradıb.

1986-cı ildə qiymətlər 50 faizdən çox düşüb, qiymət müharibəsini həll etmə 1 il çəkib və qiymətlər 90 faiz yüksəlib. 2015-2016-cı illərdə qiymətlər 70 faiz düşüb, son nəticədə, qiymət müharibəsi başlayandan 60 faiz artıb.

Həm Səudiyyə, həm də Rusiya qürurlu ölkələrdir. Hər birinin yarım trilyonluq valyuta ehtiyatı var, lakin sərvətlərini sağa-sola səpələmək istəmir, odur ki, sonsuz qiymət müharibəsi ehtimalı azdır.

Rusiya makroiqtisadiyyatı sərt idarə edir və Putin isti qaşığı əlinə götürməyə bilər. Tarix qiymətlərin 50-ci illərdəki səviyyələrə tam bərpa şansının məhdud olduğunu göstərir.

Duqlas Karr

“The Hill”, 10.03.2020

Tərcümə: Strateq.az


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93