“Neft Fondunun aktivlərinin satışı üçün əlverişli zaman deyil” – QUBAD İBADOĞLU

4 Aprel, 2020, 20:57
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Hazırda dünya birjalarında səhmlər, istiqrazlar kəskin ucuzlaşıb”

“DNF-dən büdcəyə köçürülən vəsaitin 61,34 faizini Fondun 1 rüb üzrə cari gəlirləri, 31,66 faizini isə Fondun aktivlərinin satışından əldə edilən gəlirlər təşkil edib. Əslində, hələ böhran başlamış Fondun aktivlərinin satışa çıxarılması ciddi narahatlıq doğurur”.

Bu fikirlərin müəllifi Azərbaycan Demokratiya və Rifah Hərakatının sədri, iqtisadçı alim Qubad İbadoğlu Hurriyyet.org-a Fondun aktivlərinin indi satışa çıxarılmasının narahatlıq doğurmasına aydınlıq gətirdi.

“Fondun aktivlərinin bu zaman satışı həm də əlavə itki deməkdir”

Q. İbadoğlu bildirdi ki, hələ böhran indi başlayır: “Birincisi, dərhal Fondun aktivlərinə müraciət etmək o deməkdir ki, Azərbaycan iqtisadiyyatının daxili resursu yoxdur. İkincisi, Fondun aktivlərinin satışı üçün əlverişli zaman deyil. Hazırda dünya birjalarında səhmlər, istiqrazlar kəskin ucuzlaşıb. Fondun aktivlərinin bu zaman satışı həm də əlavə itki deməkdir”.

“28 ildə nə milli iqtisadiyyat, nə də qiymətli kağızlar bazarı qura bilmədik”

Q. İbadoğlunun sözlərinə görə, əgər ölkədə qiymətli kağızlar bazarı mövcud olsaydı, bu problemləri daha ziyansız vasitələrlə həll etmək olardı: “Təəssüf ki, 28 ildə nə milli iqtisadiyyat, nə də qiymətli kağızlar bazarı qura bilmədik. İndiyə qədər London birjasının listinqində səhmləri satılan 1 dənə də olsun milli şirkətimiz belə yoxdur”.

Şamo EMİN,

Hurriyyet.org

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93