Nərimanov rayonunda karantin rejimindən istifadə edib ağacları kəsdilər – FOTOLAR

27 Mart, 2020, 9:27
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Heydər Əliyev prospekti 58-də, Rəssamlıq Akademiyasının arxasında ağaclar kəsilir.

Bu barədə Bizimxeber.az-a sakinlər məlumat verib.

“Bu ərazi Orucəliyev küçəsində yerləşən 9/12 saylı binanın əks tərəfindədir. Orada fin evləri var idi. Bir neçə il əvvəl həmin evləri sökdülər. Kimsə həmin ərazini aldı. Amma orada ağaclar və park olduğuna görə həmin şəxsə tikinti aparmağa icazə verilmədi. Bizdə olan məlumata görə, qadağanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi qoymuşdu”, – deyə sakinlər bildirib.

Onların sözlərinə görə, koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi elan etməsindən bir neçə gün sonra əraziyə texnika və fəhlələr gətirib. “Artıq iş başlayıb. Ağacları kəsirlər. Xüsusi karantin rejimindən istifadə edirlər. Heç kim bayıra çıxmır deyə sürətlə işləyirlər. Artıq xeyli ağac kəsilib”, – deyə sakinlər əlavə edib.

Sakinlər baş verənləri əks etdirən fotoları da redaksiyamıza göndəriblər. Həmin fotoları təqdim edirik.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93