Niderland və Belçika çempionatları birləşdirilir – 400 milyonluq gəlir

10 Fevral, 2020, 11:40
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Niderland və Belçika Futbol Federasiyaları dünya futboluna ciddi yenilik gətirməyə hazırlaşır.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Kicker" nəşrinə açıqlamasında Belçikanın "Brügge" klubunun prezidenti Bart Verhaq deyib. Klub rəsmisi bldirib ki, Avropanın böyük "beşlik" liqaları – İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransa Liqa 1 ilə rəqabətə girə biləcək ortaq çempionat təşkil etmək üçün danışıqlara start verilib.

"Bene Liqa" adlanacaq yeni çempionatda ümumilikdə 18 komanda iştirak edəcək. Bunların 10-u Niderlanddan, 8-i isə Belçikadan olacaq. Mövsümün sonunda son iki pilləni tutacaq klublar aşağı dəstəyə düşəcəklər. Onların əvəzinə isə iki ölkənin yerli çempionları yeni yaradılan liqaya vəsiqə qazanacaqlar.

Yeni layihədə əsas məqsəd teleyayım gəlirlərini artırıb, Avropanın 5 böyük çempionatı ilə rəqabətə qoşulmaqdır. Hazırda Belçika və Niderland çempionatlarının yayım gəliri təqribən 80 milyon avrodur. Hesablamalara görə, yeni çempionatın yaradılmasından sonra bu rəqəm 400 milyon avroya çatacaq.

Qeyd edək ki, Niderland və Belçika 2000-ci ildə futbol üzrə Avropa çempionatını da birlikdə təşkil etmişdi.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93