Nikita Xruşşovun oğlu ABŞ-da intihar etdi

0

SSRİ-nin sabiq rəhbərlərindən biri Nikita Xruşşovun oğlu, politoloq Sergey Xruşşov ABŞ-da intihar edib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, 84 yaşlı politoloqun bədəni Nyu-Yorkda yaşadığı evdə başında güllə yarası ilə tapılıb.

Polis hadisənin intihar olduğunu müəyyənləşdirib.

Qeyd edək ki, S.Xruşşov 1991-ci ildən ABŞ-da yaşayıb.