Salam, xoş gəlmisiniz.

NİYAZİ – 105

2017-04-18 12:22:22

NİYAZİ – 105

Niyazinin Həcərinin respublika rəhbərinə ünvanladığı məktubu “məhəbbət əfsanəsi” adlandırmaq olar…

2017-ci ildə görkəmli bəstəkar, dirijor, ictimai xadim, unudulmaz Niyazinin 105 yaşı tamam olmalıydı. (Niyazi Zülfüqar oğlu Tağızadə - Hacıbəyov, 20.08.1912, Tiflis).

Niyazi Azərbaycanın görkəmli bəstəkarı Zülfüqar Hacıbəyovun oğludur. Əmisi isə böyük Üzeyir Hacıbəyovdur.

Niyazi haqqında çox yazılıb, çox deyilib. Bir maraqlı fakt odur ki, 1941 – ci ildə Sovet qoşunları İrana daxil olarkən Sovet Azərbaycanının ziyalıları İrana səfərbər olmuşlar. Niyazi yeganə adam idi ki, İrana həyat yoldaşı Həcər xanımla ezam olunmuşdur. Niyazi ömrü boyu çox təqiblərə məruz qalmış, xüsusilə Üzeyir bəyin baldızı oğlu Ramazan Xəlilovla münasibətləri gərgin olmuşdur.

Niyazinin Həcərinin respublika rəhbərinə ünvanladığı məktubu “məhəbbət əfsanəsi” adlandırmaq olar. Həcər xanımın məktubundakı sədaqəti bütün qadınlara nümunə ola bilər. Çox təəssüf ki, bu xanımın Niyazisiz ömrü çox faciə ilə sona çatdı. Mir Cəfər Bağırovun ünvanına göndərilən məktubu olduğu kimi sizə təqdim edirəm:

“Çox hörmətli Bağırov yoldaş!

Biz hamımız yaxşı bilirik ki, Sizin üçün hər dəqiqə nə qədər qiymətlidir.

Ona görə uzun - uzadı məktubuma görə Sizdən əvvəlcədən üzr istəyirəm.

Qırx il bun dan əvvəl atam qazanc dalınca Rusiyaya getmiş və orada dəmir yolunda işləmişdir. Mən də, qardaş - bacılarım da Rusiyada anadan olmuşuq. 1920-ci il də atam Krasnodarda yatalaq xəstəliyindən vəfat etmişdir. Bütün ailəmiz - anam, ortancıl qardaşım və mən böyük qardaşımın himayəsinə keçmişik. O, Armavir şəhərində 1922-ci il dən 1928-ci ilədək konsulluqda işləmişdir. Həmin ildən 1933-cü ilədək Mahaçqala şəhərində çalışdığından, biz də orada yaşamışıq. Mən 1932-ci il də Dağıstan Tibb İnstitutuna daxil olmuşam. Tələbə ikən Niyazi ilə tanış olmuş, ona vurulmuş və ərə getmişəm. Himayəsində olduğum böyük qardaşım bu izdivacın qəti əleyhinə idi. O məndən tələb edirdi ki, dərhal Niyazi ilə əlaqəmi kəsim və İrana yola düşüm. Deyirdi ki, “İranda kimə ərə getsən, etiraz etməyəcəyəm”. Bu sözlər mənim üзün çox təhqiramiz idi. Ona görə də, evimizdən baş götürüb qaçdım. Bir neçə il keçmiş öyrən dim ki, qardaşım 1933-cü ildə ailəsini İrana yola salandan sonra NKVD tərəfindən tutulmuşdur. Aqibətindən xəbərim yoxdur. Məni daima ən çox narahat edən Niyazinin səhhəti olmuşdur.

Yoldaş Bağırov! Vaxtilə Sizin diqqətiniz və qayğınızla ağır xəstəlikdən xilas edilmiş Niyazinin sağlamlığı keşiyində durmağı mən özümə borc hesab eləmişəm. Çünki hər hansı azacıq soyuq dəymədən belə onun halı pisləşir. Onu heç yerə tək buraxmaq olmaz. Sizdən nə gizlədim, mən onunla birgə vərəm sanatoriyalarında olmaqdan cəkinməmişəm. Bəzən xəstə yatağında onu öskürək tutanda qanlı bəlğəm dodaqlarına yığılırdı, qanı silib - təmizləyib dodaqlarından öpürdüm, bu an Niyazinin gözləri alışıb - yanırdı, həkimlərin “ona yaxın düşməyin, yoluxarsınız” tapşırığı beynimə batmırdı.      Bakıda, demək olar, hamı bilir ki, mən və Niyazi necə can bir, səmimi və ayrılmazıq. Ancaq, nə gizlədim, Niyazi İrana ezamiyyət olunanda, mə ni özü ilə aparmaq istəmirdi. Mən, ailə həyatı yaşadığımız illərdə ilk dəfə olaraq, Niyazinin razılığı ilə qaynatama bu barədə dil açdım. Zülfüqar bəy Sizə, Niyazinin xilaskarına müraciət etdi və siz icazə verdiniz.

Biz Təbrizə çatdıqdan sonra iki gün stansiyada qalmalı olduq, Niyazinin Təbrizə gəlişi bütün şəhəri dolaşmağa başladı. Bizi qarşılayanlar arasında Süleyman Rüstəm də var dı. O, Niyaziyə söylədi ki, onun xalası Sitarə Təbrizdə ağır şəraitdə yaşayır və ona baş cəkməsi yaxşı olardı. Nyazi bu barədə Əziz Əliyev yoldaşa bildirdi və o, görüşməyə icazə verdi.

Niyazi müharibədən əvvəl də, indi də öz işinə sonsuz məhəbbət və məsuliyyətlə ya naşır, yorulmaq bilməyir, sağlamlığını düşünmür. Müharibə vaxtı Niyazi vaxtaşırı ordu hissələrində olmaqla yanaşı, 1942-ci il də “Xosrov və Şirin” operasını yazmışdır. İranda olarkən, Süleyman Rüstəmin sözlərinə “Təbrizim” mahnısını bəstələmişdir. 416 - cı Azərbaycan diviziyası marşını yaratmışdır. Fortepiano və orkestr üзün böyük konsert proqramı hazırlamışdır. “Xosrov və Şirin” operası istisna olmaqla, heç bir əsərə və proqrama görə qonorar almamışdır.

““ 

Niyazi ancaq gecələr yaradıcılıqla məşğul olur. Bunu qonşularımız Ordubadi və Dadaşov da təsdiq edə bilər, çünki onlar və başqa qonşularımız Niyazinin yeni musiqisinin ilk dinləyiciləridir. Niyazi hədsiz dərəcədə xeyirxah və qayğıkeş insandır. Ağır xəstəlikdən sonra əsəbi və ötkəm olmuşdur. Hiylədən uzaqdır, sözü adamın gözünün içinə deyir. Məhz buna görə də, bədxahları onu kobud və lovğa kimi səciyyələndirirlər. Niyazi son dərəcə prinsipial və öz mövqeyini çılğınlıqla müdafiə etdiyinə görə onu gözü götürməyənlər çoxalmaqdadır.

Yoldaş Bağırov! Niyazi ətrafında dolaşan yalanların heç bir əsası yoxdur. Deyirlər ki, Niyazi hərbi forma geyinir. Niyazi orduda olarkən üç ay bu geyimdə olmuşdur. Bəs orduda hansı geyimdə gəzməli idi? Məgər Bakıda dirijor və bəstəkar Niyazini hərbi geyimdə görən olub?

Yazırlar ki, Niyazi guya xəstə vəziyyətində “Koroğlu” operasına dirijorluq etmişdir. Yoldaş Bağırov! Sözbazlar yəqin bilmirlər ki, Niyazi (bir daha təkrar edirəm) 1936-cı ildə Sizin köməyinizlə Moskvaya aparılmış və cərrahiyyə əməliyyatından sonra ikinci həyat qazanmışdır. Dörd ildir ki, müalicə olunmur. Bu vəziyyətdə hər dəfə tamaşadan sonra iki gün özünə gələ bilmir.

Bu günlərdə axşamdan keçmiş telefonumuz zəng çaldı. Telefonu mən götürürdüm, NKVD - dən hansısa Məmmədov yoldaş dedi ki, Niyazi gecə saat 12-də orada olmalıdır. Niyazi getdi və gecədən xeyli keçmiş qayıtdı. Sifətindən və yeməkdən imtina eləməsindən yəqin etdim ki, nə isə yaxşı xəbər yoxdur. Nə qədər çalışsam da, ondan bir söz ala bilmədim. Yalnız bunu dedi: “Bilmirəm, məndən nə istəyirlər. Axı mən kimə pislik eləmişəm, nə vaxt bu intriqa qurtaracaqdır?”

Bu hadisədən sonra Niyazi ilə danışmaq qeyri -mümkündür. Heç nə yemir, gecələr yatmır, elə hey papiros çəkir ki, bu da olduqca zərərlidir. Həmişə şən və gülərüzlü Niyazidən əsər - əlamət qalmamışdır. Hər gün də qan qaraldan xəbərlər alırıq. Məsələn, deyirlər ki, Niyazi cavanları sıxışdırıb aradan çıxarır. Halbuki, Niyazi gənc istedadların qayğısına həmişə qalmış və qalmaqdadır. Cəbhədə qəhrəmancasına həlak olmuş İsrafilzadə Niyazinin tələbəsi idi. Rauf Hacıyev və Fikrət Əmirovu da misal cəkmək olar. Fikrət Əmirov cəbhədən qayıdandan sonra çox zəifləmişdi. O, bizim evimizdə qalmış, təhsilini davam etdirmişdir. Konservatoriyanın üçüncü kursunda oxuyarkən “Urəkçalanlar” musiqili komediyasını bitirmişdir. O, konservatoriyaya daxil olanda yaşamağa yeri yox idi, konservatoriya binasında bir ay köhnə divanın üstündə yatıb gecələməli olurdu. Niyazi onu bir gün konservatoriyadan evimizə gətirdi. Bu günədək də bizimlə bir yerdə qalmaqdadır. Bunu Qəzənfər Məmmədov, Məmməd İskəndərov, Üzeyir bəy Hacıbəyov çox yaxşı bilirlər, çünki Fikrət Əmirov sığınacaq yeri üçün onlara müraciət etmişdi.

Bir neçə gün bundan əvvəl Azərbaycan sovet bəstəkarlarının plenumunda Mehdi Hüseyn yoldaş öz çıxışında demiş dir ki, Niyazi guya antixalq musiqi bəstələyir. Həmin plenumda bir çox bəstəkarlar, o cümlədən Niyazi də çıxış etmişdir, qəzetdə isə çıxış edənlərin adları arasında Niyazi ixtisara düşmüşdür. Radioda son vaxtlar Niyazinin əsərləri səsləndirilmir. İstər - istəməz düşünürsən ki, məgər Niyazinin bir dənə də bəstəsi yoxdur?!

Niyazidən savayı dirijorları filarmoniyaya simfonik orkestrin ən azı üç – dörd konsertinə dirijorluq etməyə dəvət edirlər, üstəlik, onlara ən yaxşı solistlər də qatılır. Niyazini isə vur-tut bir dəfə çağırırlar, solistsiz konsert təşkilolunur. Sonra da söz çıxarırlar ki, Niyazinin konsertinə tamaşaçı az gəlir.

Teatr muzeyində Niyazini mütəəssir edən hadisə baş vermişdir: muzeyin direktoru Sonaxanım Cabbarlı göstəriş almışdır ki, Niyazinin portreti ekspozisiyadan xəlvəti götürülsün...

Bütün sadaladığım faktlar Niyaziyə olduqca pis təsir etmiş və bunun nəticəsidir ki, onda yenə də qan qusma halları baş verir.

Yoldaş Bağırov! Sizə müraciət edirəm, ümidimiz yalnız Sizədir, Sizdən başqa hamının Niyazidən üzü dönüb və ona qənim kəsiliblər. Mən bilmək istəyirəm ki, ərimin günahı nədir? Ailə qurduğumuz on bir il ərzində ərimə tərbiyəli və sədaqətli mədəni insan kimi inanmışam və inanıram. Onun haqqında iyrənc ifadələr işlədənlərin özləri natəmiz məxluqdur, Kirovabaddan məktub yazmış Musabəyov familiyalı birisi kimi… O, bütün Kirovabada car cəkir ki, Niyazidən şikayət məktubu yazıb Sizə göndərmişdir. Guya onun arvadı ilə boşanmasına Niyazi bais olmuşdur. Bu, qabaqcadan qurulmuş təxribatdır.

Yoldaş Bağırov, Sizə müraciət etdiyimə görə məni qınamayın, çünki Niyazidən dəfələrlə xahiş etmişəm ki, bu qədər əzab - əziyyət çəkməkdənsə, bir dəfə Sizə müraciət etsin. Cavab verib ki, Bağırov yoldaşı narahat etməyəcəyəm. Bunu mən etdim.

Səmimi hörmətlə: Həcər xanım.

7 iyul 1944.”

C. Bağırov Həcər xanımın məktubunu oxuduqdan sonra heç bir dərkənarla nə Daxili İşlər komissarı Yaqubova, nə də Təhlükəsizlik komissarı Stepan Yemelyanova, nə də Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevə göndərmişdir, özündə saxlamışdır. Bəlkə bir də ona görə ki, Həcər xanımın Niyazi ilə İrana getməsinə Mir Cəfər Bağırovun şəxsən icazə verməsindən onların xəbəri yox idi.

Teyyub Qurban “Düşmənlərindən Güclü Şəxsiyyət”, 3-cü kitab, səh.128-131

Füzuli Baratov

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93