Nizami rayon İcra Hakimiyyəti 11 ildir Qarabağ əlilinin borcunu ödəmir – ƏMDK sədri nəyə nəzarət edir?

15 Aprel, 2020, 13:04
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun Azərbaycan Respublikasının Konstitusiyası olması kimə gizlin olsa da,  dövlət hakimiyyəti orqanlarına və onların rəhbərlərinə gizlin olmaz yəqin. Ana Qanununun 147-ci maddəsinə görə, ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanunun – Konstitusiyanın 129-cu maddəsində məhkəmə qərarlarının dövlətin adından çıxarıldığı və icrasının məcburi olduğu,  məhkəmə qərarlarının icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğu təsbit olunub. Di gəl, borclu dövlət qurumları dövlətin adından çıxarılan məhkəmə qərarlarını on illərlə icra etməkdən imtina edir, hüquq mühafizə orqanları isə  buna görə məsuliyyət nəzərdə tutan qanunu, normativ hüquqi aktı tətbiq etmirlər . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, qanuni qüvvəyə minmiş   məhkəmə qərarının qərəzlə icra edilməməsi, icraya maneçilik törədilməsi vəzifəli şəxs tərəfindən edildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 min manatdan 6 min manatadək cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Bəs bu cəza tədbirlərini kim tətbiq etməlidir? Əlbəttə, Ədliyyə Nazirliyinin icra məmurunun təqdimatı ilə prokurorluq orqanları.  Di gəl, çox çağ icra məmurlarının  özləri borclu ilə qeyri-prosessual münasibətə girərək icraya maneçilik törədirlər.

Xətai rayon məhkəməsinin 26 may 2009 tarixli qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ əlilinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa otaqlar ayrılması öhdəliyi  cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin və otaqların yerləşdiyi Bəhruz Nuriyev-10 ünvanı (əvvəllər 25 saylı Nizami II seçki dairəsinin ofisi)  üzrə Nizami RİH -in Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) üzərinə qoyulsa da, borclular nəinki dövlətin adından çıxarılan məhkəmə qərarını icra edib,  əksinə, məhkəmə qərarından 2 il sonra həmin otaqları 14 yaşlı uşağın adına saxta şəhadətnamə ilə sənədləşdiriblər. Borclu ƏMDK-nın sədr müavini Rafiq Cəlilov məhkəmə qərarının icrasının mümkünsüzlüyünü “JEK”-in razılığının olmaması ilə əsaslandırıb ! (?) Özbaşınalığa baxın,  Konstitusiya “JEK”-in razılığından aşağıda tutulur! (?) Bu da son deyil, borclu ƏMDK -nın vəzifəli şəxsi Rafiq Cəlilov digər borclu Nizami RİH  MKTB-nin vəzifəli şəxsləri ilə cinayət əlaqəsinə girərək, öncə saxta şəhadətnamə tərtib edib və sonra da həmin şəhadətnamə əsasında məhkəmənin əlilə verdiyi otaqları 14 yaşlı uşağın adına sənədləşdiriblər . Bu cinayətə Ədliyyə Nazirliyinin , prokurorluğun, polisin hüquqi qiymət verməkdən imtinası tələbkar Qarabağ əlilinin Xətai məhkəməsində borclu ƏMDK, Nizami RİH ,  “ Kapitalbank”ın sözügedən ünvanda yerləşən Nizami filialının , Ədliyyə Nazirliyinin Nizami və Xətai icra şöbələrinin icraya maneçilik törətmələrinə görə məsuliyyətin müəyyən edilməsi və icranın borclunun B. Nuriyev -10A ünvanındakı əvvəllər 25 saylı DSK -nın yerləşdiyi otaqlara yönəldilməsi haqqında iddia qaldırması ilə sonuclanıb. Xətai məhkəməsi 21.06.2011 tarixli qətnamə ilə iddianı qismən təmin edərək, məsuliyyətin müəyyən edilməsi üçün prokurora xəbər verilməsindən imtina edib və icra sənədini məcburi icra etməyi Xətai və Nizami icra şöbələrinə tapşırıb. Lakin yenə də dövlətin adından çıxarılan məhkəmə qərarı nəinki icra edilib,  əksinə,  icra şöbələri və borclular icra sənədini gizlədiblər . Tələbkar yalnız 3 ildən sonra 2014-cü ildə çoxsaylı şikayətlərinə cavab olaraq Xətai məhkəməsindən məhkəmə aktlarını alıb və. … budur 6 ildir borclular qəti olaraq icradan imtina edir. “Əsaslar” isə yenə də  “tələbkarın icraya mane olması “(?, məhkəmənin verdiyi otaqların həmin ünvandakı bankın mülkiyyətində olması”(?) , bank bunu yalanlayanda “14 yaşlı rayon sakini olmayan uşağın adına olması”(?) göstərilir . 11 ildir bu rüşvət  (oxuma, dövlət ) məmurlarına anladan yoxdur ki,  MƏHKƏMƏ QƏRARI DÖVLƏTİN ADINDAN ÇIXARILIR VƏ İCRASI MƏCBURİDİR; HEÇ BİR QƏRAR, ŞƏHADƏTNAMƏ,  “KUPÇA” MƏHKƏMƏ QƏRARINDAN ÜSTÜN DEYİL ! Bu 11 ildə Nizami rayonunda 3 başçı dəyişib,  hələ də heç biri borcunu ödəməyib , əksinə,  sürücülərinin maklerliyi ilə ofisi satışa çıxarırlar.  ƏMDK rəhbərliyində dəyişiklik olmasa da, komitə özü İqtisadiyyat Nazirliyinin yanına,  sədri isə Prezidentin köməkçisi, dövlət nəzarəti şöbəsinin müdiri postuna yerini dəyişib. Ədliyyə Nazirliyinin icra baş idarəsinin rəisi dəyişsə də,  özbaşınalıq dəyişməyib. Ümumiyyətlə, icra işinin Daxili İşlər Nazirliyinə (DİN ) verilməsi daha məqsədəuyğun olardı.  Onsuz da borcluların barəsində qərarların icrasını DİN həyata keçirir.

10 günə icra olunmalı olan məhkəmə qərarını 11 ildir icra etməyən borclular barəsində məsuliyyət tədbiri ali icra hakimiyyətinə nəzarətçi təyin edilməkdir?

Məğrur BƏDƏLSOY


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93