Salam, xoş gəlmisiniz.

Nizami rayon sakini Birinci vitse-prezidentə MÜRACİƏT ETDİ

2020-02-11 15:32:00

Nizami rayon sakini Birinci vitse-prezidentə MÜRACİƏT ETDİ

“45 yaşlı övladım sığınacağı olmadığına görə ailə qura bilmir”

 “Hörmətli Mehriban xanım, faşist ermənilər tərəfindən el-obası, yurd yuvası xaraba qalan, qohum-qardaşı əsir düşən 85 yaşlı qocanın Sizdən bir xahişi var. Məlumunuz olsun ki, 45 yaşlı övladım sığınacağı olmadığına görə ailə qura bilmir. Çünki hazırda yaşadığımız evdə 14 nəfər yaşayırıq. Bir ata kimi xahiş edirəm sığınacaq verilməsinə köməklik edəsiniz”.

Bu sözlər Nizami rayonu, Naxçıvanski küçəsi, ev 62, mənzil 49 ünvanından yaşayan əmək veteranı və təqaüdçü İsmayılov Bəhram Mədət oğlunun “Hürriyyət” qəzetinə göndərdiyi məktubda yer alıb.

B. İsmayılov xatırladıb ki, 1993-cü il aprel ayının 2-də erməni faşistləri Kəlbəcər rayonuna divan tutaraq işğal etdilər və bütün kəndləri od vurub yandırdılar: “Bizim də olan-olmazımız nəyimiz vardısa, hamısını talan edib yandırdılar, qohum-əqrabalarımız əsir düşdü. 6 nəfəri elə kəndin ortasında güllələdilər. Onlardan bir neçəsinin adını çəkmək istəyirəm: Məmmədova Salatın Ələkbər qızı, Babayeva Mədinə Rəhim qızı, Abbasov Musa Bayram oğlu və Abbasova Gülsüm Məhəmməd qızı (Musanın həyat yoldaşı). Bunlardan başqa çoxlarını əsir apardılar. Hələ də yerləri məlum deyil. Yazdıqlarımın hamısı qohumdur”.

 Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93