“Növbə onlara da çatacaq…” – “Hər şeyin öz vaxtı var”

20 May, 2020, 12:21
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

5 icra başçısının həbsi və onları dəmir barmaqlıqlar arasına aparan səbəblər hazırda rayonlarda ağalıq edən bəzi rəhbərləri ciddi təşvişə salıb. Hətta iddialara görə, onların arasında DTX-nın “qara maskalı” əməkdaşlarını görməmək üçün sağlam olduğu halda, Bakıdakı xəstəxanalarda özünə otaq ayırtdırıb, “ağır xəstə” diaqnozu qoyduranlar da var. Qorxudan şəkəri qalxanlar…

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Aqil Abbas bildirib ki, korrupsiyaya, əyri yollara qurşanan icra başçıları və digər məmurların hamısı təşvişdədir:

“Xəstəxanaya düşənin olub-olmadığını deyə bilmərəm. Amma təşvişdə olmaqları normaldır. Çünki qorxurlar ki, növbə onlara da çatacaq. Kimlər ki öz yerində deyil, Prezidentin etimadını doğrultmayıb, vətəndaşları razı salmağa cəhd belə etmir, dövlətə, millətə xəyanət edir, təbii ki, narahatlıq içindədir. Belə olanda xəstəlik nədir, hər nə desən taparlar. İstəyir icra başçısı olsun, istəyir komitə sədri olsun, istəyir nazir olsun, kimliyindən asılı olmayaraq, dövlət məmurları öz günahlarını bilirlər”.

A.Abbas deyib ki, gec-tez bütün günahkarlar öz cəzasını alacaq:

“Amma kim ki, sədaqətlə qulluq edir, tapşırıqları yerinə yetirir, camaat arasında rəğbət qazanıb, hörməti var, həm siyasi, həm də başqa mənada özünü doğruldub, onlar niyə təşviş keçirsin? Onlar haqqında da möhtərəm Prezident məlumatlıdır. Hər şeyin öz vaxtı var, əyri yollara qurşananlar qoy hələ narahatlıq içində olsunlar”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93