Novruz Məmmədovdan sonra Rövnəq Abdullayevə “yol göründü” – SOCAR PREZİDENTİ DƏ İSTEFAYA GÖNDƏRİLİR

9 Oktyabr, 2019, 10:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Baş nazir Novruz Məmmədovun istefaya göndərilərək, onun yerinə Prezident Administrasiyası rəhbərinin birinci müavini Əli Əsədovun təyin olunması Azərbaycan cəmiyyətində hələ günlərlə müzakirə olunacaq. Amma, çox güman ki, bu dəyişikliyin səbəbi, hakimiyyət daxilində gedən oyunların pərdəarxası cəmiyyətin böyük kəsiminə bəlli olmayacaq. İnsanların bir çoxu bunu, sadəcə, hakimiyyət daxilindəki klanların nüfuz savaşının bir elementi kimi qəbul edəcək. Çünki son vaxtlar iqtidar daxilində gedən çatışmanın “qığılcımları” ətrafa da səpələnməkdədir.

Bəs, bu daxili qarşıdurmaya Novruz Məmmədovun istefaya göndərilməsi ilə son qoyulacaqmı?

Bu haqda Hurriyyet.org-a açıqlama verən mötəbər mənbə tamamilə əksini düşünür. Onun sözlərinə görə, yaxın günlərdə daha bir mühüm dəyişikliyin həyata keçirilməsi gözlənilir. Söhbət Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin istefaya göndəriləcəyindən gedir.

Mənbə deyir ki, artıq R.Abdullayevi əvəzləyəcək kadrın da adı bəllidir. Bu, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovdur.

Mənbənin sözlərinə görə, yaxın günlərdə H.Əsədovun SOCAR prezidenti vəzifəsinə gətiriləcəyi artıq hakimiyyət daxilində çoxlarına məlumdur.

O da qeyd olunur ki, Rövnəq Abdullayevin istefaya göndərilməsinin bir qədər təxirə salınmasına səbəb hazırda onun sahib olduğu şirkətlərin və milyardlarla pul vəsaitinin nəzarətə alınmasıdır. Yaxında bu proses başa çatdıqdan sonra, SOCAR prezidenti öz vəzifəsi ilə vidalaşmalı olacaq.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93