NƏRMİNİN QƏTLİNDƏ ƏSLİNDƏ KİM GÜNAHKARDIR? – Keçmiş müstəntiqdən sensasion açıqlamalar

11 Yanvar, 2020, 13:02
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Keçmiş müstəntiq Rüsfət Səfərov Tovuzda öldürülən 10 yaşlı Nərminlə bağlı özünün Facebook səhifəsində status paylaşıb. Bir peşəkar kimi oğurlanan qızcığazın tez bir zamanda tapılmamasının və nəticədə qətlə yetirilməsinin səbəblərini açıqlayan R.Səfərovun paylaşımını olduğu kimi dərc edirik:

Son rəsmi məlumatda deyilir ki, birgə istintaq-əməliyyat qrupu tərəfindən aparılan təxirəsalınmaz istintaq hətəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

Artıq yəqinliklə söyləmək olar ki, 40 gün ərzində xəbərsiz itkin düşən məsum qızcığazın axtarışı aparılmayıb, əgər aparılıbsa da, başdansovdu və könülsüz şəkildə icra edilb. Görünür, araşdırma materialı və ya cinayət işi üzrə araşdırma/istintaq aparan müstəntiq 2 ay ərzində 2-3 dəfə əməliyyat tapşırığını rayon polis şöbəsinin rəisinə ünvanlayıb ki, 10 yaşlı N. Quliyevanın tapılması və.s məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tabeliyindəki əməkdaşlara göstəriş versin…

Ancaq proseslərin dinamikası təsdiqləyir ki, rayon polis şöbəsi rəsinin və tabeliyindəkilərinin operativliyi özünü ünvanlanan əməliyyat tapşırıqlarına formal cavablarda göstərib, qızcığazın olduğu yeri müəyyən etmək üçün aparılan əməliyyat-axtarış tədbirlərində deyil. (İşlədiyim zamanlar bu və buna bənzər hallarda əməliyyat tapşırıqlarına verilən formal cavabların dəfələrlə şahidi olmuşam.) Əks təqdirdə, böyük coğrafiyanı əhatə etməyən rayonda/kənddə bir insanın tapılması əməliyyat korpusu üçün müşkül olmalı deyildi.

Rütbə sahiblərinin işə qeydsiz və səhlənkar yanaşması apaçıq ortada olsa da özləri vəzifələrinin başındadırlar.

Qaldırılan cinayət işini prezident nəzarətə götürdükdən sonra 2 ay kiçik coğrafiyada diri insanı tapa bilməyən istintaqçılar/əməliyyatçılar 1-2 günə cinayətin subyekti və obyektini, obyektiv və subyektiv cəhətini əsəsən müəyyən etmiş kimi görünürlər. (İnanmaq istəyirəm.) Amma belə çıxır ki, prezident bu işi nəzarətə almasa idi, prokurorluq, daxili işlər və xüsusi xidmət orqanları ortaya heç bir nəticə qoymayacaqdı? Elə çıxır.

Beləliklə, 2 ay ərzində 10 yaşlı Nərminin harayına hay verməyən əməliyyat və istintaq orqanlarının səlahiyyət sahibləri yandırılmış meyitə 1-2 gün ərzində “hay verdiklərinə” və üzərlərinə düşən vəzifələri "layqincə" icra etdiklərinə görə mükafatlandırılacaqlar. Kimisinin rütbəsi qaldırılacaq, kimisinə pul şəklində mükafat veriləcək, kimisinə təşəkkür elan ediləcəkdir: baş prokuror, daxili işlər naziri və DTX-nin rəisi tərəfindən.

Burası Azərbaycandır!

Rüfət SƏFƏROV


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93