Salam, xoş gəlmisiniz.

Nuru Paşanın Göyçaydakı qərargahı dağıdılır - BİNA TİKİLƏCƏK - FOTOLAR

2020-02-07 10:57:00

Nuru Paşanın Göyçaydakı qərargahı dağıdılır - BİNA TİKİLƏCƏK - FOTOLAR

1918-ci ildə Türkiyədən Azərbaycana gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Göyçayda N.Nərimanov küçəsindəki hərbi qərargahının olduğu ev sökülür.

Hurriyyet.org bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, iş adamlarından biri həmin binanı alaraq sökdürməyə başlayıb. Bu ev tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Sözügedən bina 2018-ci ilə qədər Mənzil İstismar sahəsinin balansında olub. Göyçay Rayon İcra Hakimiyyətindəki komissiyanın qərarı ilə bina qəzalı olduğu üçün idarənin balansından çıxarılıb. Bundan sonra bina yerli sahibkarlardan birinə satılıb. Yerində isə hündürmərtəbəli binanın tikiləcəyi iddia olunur.

Qeyd edək ki, divarları​ dövrünün inşaat materealları​ ilə​ ​ bişmiş və çiy kərpicədən hörülən binanın qapı, pəncərə, döşəmə və dirəkləriinn hazırlanmasında istifadə edilən taxtalar bu günə kimi möhkəmliyini​ saxlaya bilib. Qafqaz İslam Ordusunun qərargahı olmaqla yanaşı, bu evdə​ 1865-Cİ​ ildə General-mayor, şərqşünas alim, Azərbaycan Demokrartik Respublikasının Daxili işlər nazirinin müavini, Sadıq Bəy İsmayıl oğlu Ağabəyzadə dünyaya göz açıb.

Nuru Paşanın Göyçaydakı qərargahı dağıdılır -BİNA TİKİLƏCƏK (FOTOLAR)

Loading...

Şərhlər

Sağlamlıq

Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93