Salam, xoş gəlmisiniz.

“Nüvə müharibəsinin başlanma riski var” – Rusiya XİN

2019-09-12 14:46:03

“Nüvə müharibəsinin başlanma riski var” – Rusiya XİN

“Strateji sabitlik sahəsində vəziyyət pisləşməkdə davam edir, nüvə müharibəsinin başlanma riski var”.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Ali İqtisad Məktəbində çıxışı zamanı deyib.

“Təəssüf ki, bu danılmaz faktdır. Nüvə müharibəsinin başlanma riski var, hətta tərəflərin nüvə münaqişəsinə başlamaq niyyəti olmadığı vəziyyətdə də belə bir risk mövcuddur. Qərbdə olan həmkarlarımızın fəaliyyəti vaxt ötdükcə daha aqressiv olmağa başlayır”, – deyə Rusiya XİN başçısının müavini bildirib.

O, qərbli tərəfdaşların dialoq kanallarının işini blok etdiklərini və silahlanma üzərində nəzarətin bünövrəsini silkələdiklərini vurğulayıb.

S. Ryabkov ölkəsinin nüvə sınaqlarının hərtərəfli qadağan olunması haqqında müqavilənin ətrafında yaranan vəziyyətlə bağlı narahatlığını ifadə edib: “Moskvaya məlumdur ki, Vaşinqton mümkün nüvə sınağı üçün öz poliqonlarını hazırlıq vəziyyətində saxlayır. Bizim mövqeyimiz yaxşı məlumdur. Biz strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin təmin olunması ilə bağlı tam hüquqlu danışıqların bərpa olunmasının tərəfdarıyıq və əcnəbi həmkarlarımızın ciddi, maraqlı dialoqa hazır olduğuna ümid edirik”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru