Ofeliya Sənaninin vəziyyəti necədir? – Nazirlikdən açıqlama

7 Oktyabr, 2019, 9:10
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Səhiyyə Nazirliyi xalq artisti Ofeliya Sənaninin səhhəti ilə bağlı məlumat verib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, xalq artisti oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub:

"İnvaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır".


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93