Oğuldan 79 yaşlı ataya qarşı dəhşətli hərəkət – Göyçayda

17 Sentyabr, 2019, 10:11
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki evlərdən birində qeydə alınıb.

Göyçay rayon sakini – 1941-ci il təvəllüdlü Məmmədov Aydın oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində oğul atasına bir neçə bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib.

Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən A.Məmmədovun vəziyyəti kritik qiymətləndirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93