Oğuzda 12 yaşlı oğlanın ölümü Komitənin nəzarətindədir – AÇIQLAMA

22 May, 2020, 16:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Oğuz rayonunda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə Komitənin nəzarətindədir.

Hurriyyet.org xəbər verir ki, bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib. Məlumatda Oğuzda itkin düşən 12 yaşlı uşağın ölümündən təəssüfləndiyini qeyd edilib.

“Hadisə ilə əlaqədar qeyd edirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Oğuz rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” ilə əlaqə saxlayıb. Komissiyadan məsələ ilə bağlı istintaq getdiyi barədə məlumat verilib. Məsələ hazırda Komitənin nəzarətindədir və səlahiyyətləri daxilində faktın araşdırılması istiqamətində iş aparılır.

Bir daha valideynləri və cəmiyyəti uşaqlara qarşı diqqətli və məsuliyyətli olmağa çağırırıq”, – deyə məlumatda bildirilib.

Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93